Bizim AşpazDünya MətbəxiLəzzətli Bölüm

Kələm qovurması- Dadlı və sağlam qida

Ərzaqlar:
1 kq kələm
1 iri və ya 2 kiçik baş soğan
2 x.q. tomat
3-4 dəfnə yarpağı
duz, istiot, sarıkök
bitki və kərə yağı (qızartmaq üçün).

Hazırlanması:
Soğanı uzun-uzun doğrayın, bitki və kərə yağının qarışığında yumşalana qədər qızardın, tomat əlavə edin, bir az qızardın. 
Doğranmış kələmi əlavə edin, qarışdırın, bir neçə dəqiqə qızardın, sonra tavanın qapağını bağlayın və vam odda hazır olana qədər bişirin. Vaxtaşırı kələmi qarışdırın.
Hazır olana yaxın kələmə duz, istiot, sarıkök və dəfnə yarpağı əlavə edin, qarışdırın.

(Dəfnə yarpağını hazır yeməkdə saxlamayın, acı dad verir.)
Nuş olsun!
Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!