KapitalBank-dan gənclərə komissiyasız kredit
Kapital Bank 2fevral– Gənclər Günü münasibətilə yeni güzəştli kredit aksiyası təqdim edir. Müştərilər filiallara müraciət etməklə, illik faiz dərəcəsi 18%-dən başlayan şərtlərlə nağd pul krediti əldə edə bilərlər. Aksiya çərçivəsində kredit götürənlərə BirKart hədiyyə olunacaq.
Yaşı 35-dək olan müştərilərdən komissiya haqqı tutulmur. Şərtlərə əsasən kredit zaminsiz verilə bilər. Aksiya 28 fevral 2019-cu il tarixədək keçirilir.
Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər.
Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az .