EventsMobil dünyaTəqdimat

“Kaspersky” mütəxəssisləri “Qara Cüməyə” özəl populyar onlayn fırıldaqçılıq sxemlərini açıqlayıblar

“Kaspersky” şirkəti “Qara Cümə” (Black Friday) ərəfəsində onlayn alış-veriş sahəsində mövcud kibertəhlükələr haqqında hesabat dərc edib. Şirkətin məlumatına görə, 2023-cü ildə dünya üzrə 13 milyondan çox fişinq hücumu aşkar edilib ki, bu hücumlarda təcavüzkarlar məşhur bazarları, lüks brendləri və qadcet mağazalarını təqlid ediblər. 

Fişinq və skam (dələduzluq) fırıldaqçılar arasında ən populyar taktikalardan biri olaraq qalır. Belə ki, 2023-cü ilin ilk on ayında şirkətin həlləri dünya üzrə onlayn mağazalara, ödəniş sistemlərinə və maliyyə təşkilatlarına yönəlmiş 31 milyona yaxın fişinq hücumu ortaya çıxarıb*. Üstəlik, hücumların 43,5%-lik hissəsində (13 milyon hücum) təcavüzkarlar özlərini e-ticarət platforması kimi maskalayıblar.

Oktyabr ayından etibarən “Qara Cümə” sözlərindən istifadə edən domenlərin sayı üç dəfə artıb. Belə saytlar arasında həm tamamilə uydurma mağazalar, həm də real onlayn saytların inandırıcı oxşarları var. “Kaspersky” həlləri müntəzəm olaraq geyim, məişət texnikası və elektronika mağazalarının çoxsaylı saxta səhifələrini aşkarlayır. İnsanların son nəticədə aldıqları malları əldə etmədikləri sxemlərə daha çox rast gəlinir. 

Təcavüzkarlar həmçinin qadcetlərlə maraqlananları hədəfə alırlar. Məsələn, onlar fəal şəkildə “Apple” məhsullarını təklif edən saxta səhifələr yaradırlar. Ümumilikdə, 2023-cü ilin yanvar-oktyabr aylarında “Kaspersky” həlləri bu brendin məhsullarını qeyd edən istifadəçilərə qarşı qlobal miqyasda 2,8 milyon fişinq hücumu aşkar edib. Geymerlər xüsusilə video oyun konsolu almaq istəyərkən saxtakarlıqla qarşılaşırlar.

“Çox vaxt fırıldaqçılar ‘Qara Cümə’ gününə həsr olunmuş bayram göndərişləri və xüsusi təkliflər dalğasının arxasında gizlənirlər. Ehtiyatlı olmağı və təhlükəsiz alış-veriş qaydalarına əməl etməyi tövsiyə edirik: şübhəli mesajlardan gələn linklərə keçid etməyin, şəxsi və ödəniş məlumatlarını daxil etməzdən əvvəl veb-saytın ünvanını təkrarən yoxlayın, həmçinin fişinq və ya skam linkinə keçidə cəhd etsəniz, sizə xəbər verəcək təhlükəsizlik həllindən istifadə edin”, – deyə “Kaspersky”nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

“Qara Cümə” zamanı təhlükəsiz alış-veriş etmək üçün “Kaspersky” mütəxəssisləri tövsiyə edirlər:

e-poçtla gələn linklərə və əlavələrə tənqidi yanaşın; onları açmazdan əvvəl göndərənin kimliyini diqqətlə yoxlayın;

hər hansı məlumatı ötürməzdən əvvəl onlayn mağazanın vebsaytının həqiqiliyini yoxlayın; onların URL-lərinin düzgün olub-olmamasına, orfoqrafik səhvlərin və ya dizaynda səliqəsizliyin olub-olmamasına diqqət yetirin;

etibarlı təhlükəsizlik həllindən istifadə edin. Məsələn, Kaspersky Premium istifadəçilərə fişinq və skamdan qorunmağa kömək edir;

məhsulu almazdan əvvəl rəyləri yoxlayın, xüsusən də mağaza tanınmış deyilsə;

bank kartınızdan məxariclərə nəzarət edin və şübhəli əməliyyatlar baş verərsə, dərhal bankınızla əlaqə saxlayın.

2023-cü ildə onlayn alış-veriş zamanı üzləşə biləcəyinizi təhdidlərin mənzərəsi ilə “Securelist.com” saytında daha ətraflı tanış olmaq olar. 

* “Kaspersky” həllərinin emallarının anonimləşdirilmiş statistikasına əsaslanan məlumatlar 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!