Mobil dünyaTəqdimat

Kaspersky “Quadrant Knowledge Solutions”un versiyasına görə yenidən idarə edilən həllər üzrə qlobal bazarın lide

Kaspersky-nin idarə olunan “Kaspersky Managed Detection and Response” və “Kaspersky Incident Response” həlləri “Qudarant Knowledge Solutions” konsaltinq şirkəti tərəfindən ən yüksək mükafata layiq görülüb. Qiymətləndirmə bu həllərin texniki parametrləri, eləcə də 2023-cü ilin dördüncü rübünün nəticələrinə əsasən müştərilərin biznes proseslərinə ümumi təsiri əsasında aparılıb.

Nəticələr “SPARK Matrix” formatında təqdim olunub. Tədqiqat qlobal bazar dinamikasının, əsas tendensiyalarının, müxtəlif təchizatçıların imkanlarının və onların rəqabət qabiliyyətinin ətraflı təhlilini əhatə edir.

Kaspersky Managed Detection and Response” həlli təkcə avtomatlaşdırılmış təhlükəsizlik vasitələrindən istifadə etməklə müqavimət göstərilə bilməyən kibertəhlükələr də daxil olmaqla kibertəhlükələrə qarşı qabaqcıl 24/7 qoruma təmin edir. Həll həm öz informasiya təhlükəsizliyi resurslarına malik olmayan kiçik şirkətlərin, həm də informasiya təhlükəsizliyi üzrə inkişaf etmiş təcrübəyə malik böyük təşkilatların təhlükəsizliyini təmin etməyə kömək edir. O, müəssisələrə əlavə çeviklik qazandırır, çünki onlar insidentlərin aşkar edilməsini və təsnifatını tamamilə Kaspersky ekspertlərinin öhdəsinə buraxa və ya özləri aşkar etdikləri insidentlər üzrə ekspert rəyi ala bilərlər.

Kaspersky Incident Response” həlli insidentin təfərrüatlı mənzərəsini əldə etməyə yönəlib və sübutların toplanmasından və insidentlə bağlı erkən reaksiyadan tutmuş sındırılma izlərinin müəyyən edilməsinə və hücumun nəticələrinin aradan qaldırılması planının hazırlanmasına qədər tam cavab dövrünü əhatə edir. Həll kiber insident və zərərli proqramların rəqəmsal təsdiqlərini təhlil etmək qabiliyyətinə malikdir və xüsusi zərərli faylların davranışı və funksionallığı haqqında ətraflı məlumat verir. 

“’Quadrant Knowledge Solutions’ şirkətinin bizim ‘Kaspersky Managed Detection and Response’ və ‘Kaspersky Incident Response’ həllərimizi yüksək qiymətləndirməsi bizim üçün xüsusi önəm daşıyır. Biz davamlı olaraq məhsul və xidmətlərimizin kibertəhlükələrin aşkarlanması və onlara cavab verilməsində effektivliyinin müstəqil təsdiqini təmin etmək üçün hərtərəfli tədqiqat və sınaqlarda iştirak edirik. Bizneslər təcavüzkarlardan etibarlı müdafiə bardə arxayın ola bilərlər”, – deyə Kaspersky-nin korporativ həllər üzrə qlobal ekspertiza mərkəzinin direktoru Veniamin Levtsov bildirir.

“’Kaspersky Managed Detection and Response’ həlli müxtəlif müştəri tələblərinə cavab vermək üçün geniş spektrli təhlükənin aşkarlanması və onlara cavab verilməsi imkanlarını təqdim edir. Buraya konkret şərtlərı uyğunlaşdırıla bilən təhlükənin aşkarlanması metodları, aşkarlama və cavab vermə üçün əlavə daxili vasitələr, müşayiət və ya insidentlərə tam müstəqil reaksiya üçün ‘Kaspersky Incident Response’ komandasının cəlb edilməsi, həmçinin zərərli proqramların təhlili və rəqəmsal kriminalistika daxildir. Kaspersky bir çox sənaye üzrə müştərilərin ehtiyaclarına cavab verən irimiqyaslı, çevik və tam idarə olunan həllər təqdim edir. Bunun sayəsində şirkət  ‘Sprak’ matriksində ən üst sırada dayanıb,” – deyə “Quadrant Knowledge Solutions” şirkətinin analitiki Aniş Modenpu öz növbəsində qeyd edir. 

Təhlilin tam nəticələri ilə buradan tanış ola bilərsiniz: Managed Detection and ResponseDigital Forensics and Incident Response Services

Kaspersky-nin həlləri haqqında daha ətraflı məlumat: Kaspersky Managed Detection and Response и Kaspersky Incident Response

Quadrant Knowledge Solutions” şirkəti haqqında

“Quadrant Knowledge Solutions” şirkəti biznesin transformasiyası və inkişaf strategiyaları üzrə ixtisaslaşmış qlobal konsaltinq şirkətidir. Təşkilat analitika xidməti çərçivəsində müştərilərinin tərəfdaşı olmağa can atır. Tədqiqat və konsaltinq şirkətlərə daim dəyişən biznes mühitində inkişaf strategiyalarını formalaşdırmağa kömək edən hərtərəfli məlumat və strateji ideyalar təqdim edir. Daha ətraflı: https://quadrant-solutions.com/.

Kaspersky haqqında 

Kaspersky 1997-ci ildən informasiya təhlükəsizliyi və rəqəmsal məxfilik sahəsində çalışan beynəlxalq şirkətdir. Şirkətin dərin mütəxəssis biliyi və çoxillik təcrübəsi bizneslərin, kritik infrastrukturun, dövlət qurumlarının və adi istifadəçilərin təhlükəsizliyini təmin edən yeni nəsil təhlükəsizlik həlləri və xidmətlərinin əsasını təşkil edir. Kaspersky-nin geniş portfelinə son nöqtələrin qorunması üçün qabaqcıl texnologiyalar, bir sıra ixtisaslaşmış məhsul və xidmətlər, həmçinin mürəkkəb və daim inkişaf edən kibertəhlükələrlə mübarizə üçün kiberimmun həllər daxildir. Kaspersky texnologiyaları dünya üzrə 400 milyondan çox istifadəçini və 220 min korporativ müştərini qoruyur. Daha ətraflı: www.kaspersky.ru

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!