Azərbaycan Kempo Federasiyasının idmançıları Dünya kuboku uğrunda döyüşəcəklər – FOTO
Bu ilin aprelin 26-28 tarixinədək Macarıstanın Budapeşt şəhərində Kempo İKF üzrə növbəti 15-ci Dünya kuboku və Dünya çempionatı keçiriləcək.
Azərbaycan Kempo Federasiyasının mətbuat xidmətindən verilən xəbərə görə, yarışda Dünyanın 90 ölkəsindən olan idmançılar birincilik uğrunda mübarizə aparacaqlar.
Martın 10-11 tarixində Azərbaycan çempionatında nəticə vermiş idmançılar da bu yarışda 6 idmançı 2 məşqçi heyyəti ilə dövlətimizi təmsil edəcəklər.
İdmançılarımıza uğurlar arzu edirik!
Frame.az