IqtisadiyyatTəqdimat

Azərbaycan Konqreslər Bürosu və “Simbrella” şirkətindən unikal fürsət: WokiFi – Portativ Wi-Fi!

Azərbaycan Konqreslər Bürosunun (AKB) “Simbrella” şirkəti ilə birgə təşəbbüsi olan “WokiFi” layihəsi 2018-ci ilin əvvəlində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyininin birgə dəstəyi sayəsində start götürüb.

Azərbaycan Konqreslər Bürosunun “Simbrella” və “Azərfon” şirkətləri ilə birgə məhsulu olan bu layihə turistlərə və mehmanxana qonaqlarına portativ Wi-Fi təminatlı 4G cihazlarını icarəyə götürməyə imkan verir.

“Simbrella” şirkətinin hazırladığı proqram təminatına malik olan mövcud xidmətin unikallığı ondadır ki, qonaqlar ölkəmizin istənilən nöqtəsində ayrıca internet xidmətindən istifadə etmək imkanı qazanacaqlar. Bu cihazı icarəyə götürməklə, fasiləsiz və sürətli internetdən maşında, küçədə, təbiət qoynunda, hətta çimərlikdə də istifadə etmək olar. Yüksək sürətli portativ wi-fi qurğusuna eyni zamanda beş cihazın qoşulması mümkündür.

Turistlər və qonaqlar məhsuldan istifadəyə başlayarkən, təqdim edən otelin səhifəsində xidməti aktivləşdirə və təklif edilən tarif planlarından birini seçə bilərlər. Elə həmin səhifədə şəhərin gəzməli yerlərini və müxtəlif növ turizm xidmətlərini reklam etmək mümkündür.

Xidmətə görə ödəniş, digər əlavə xidmət haqları kimi, otelin hesab-fakturasına daxil edilir. Hər bir otel öz tariflərini müəyyən etməklə yanaşı, xüsusi brendləşdirlmiş səhifəsinə də sahib ola bilər.

Hələlik layihə pilot mərhələsindədir və yalnız Bakının bəzi otellərində təqdim edilir.

Bu xidmət, telekommunikasiya sahəsində Azərbaycan Konqreslər Bürosunun və “Simbrella”nın ciddi uğurlarına əsaslanır və mövcud olan bütün analoq xidmətləri texnoloji və marketinq baxımından geridə qoyur.

Xidmətin tətbiqi ölkənin imicinə müsbət təsir göstərməklə, turistlərin nəzərində Azərbaycanın cəlbediciliyini daha da artıracaq və turizm sənayesi üçün əlavə mənfəət mənbəyi yaradacaq.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!