Koronavirusla mübarizəyə cəlb edilən özəl tibb müəssisələrinin işçilərinə əlavə, könüllülərə isə mükafat ödəniləcək

Nazirlər Kabineti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin və könüllülərin əməyinin ödənilməsi barədə” sərəncam verib.

Frame.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl və təsərrüfathesablı tibb müəssisələri işçilərinə dövlət tibb müəssisələrində çalışan müvafiq vəzifəyə və staja malik işçilər üçün “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarının 1-ci hissəsi ilə müəyyən edilmiş məbləğlərdə 2020-ci il aprelin 1-dən müddətli əlavə ödəniləcək.

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən könüllülərə 2020-ci il aprelin 1-dən aylıq 250 manat məbləğində mükafat ödəniləcək. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!