CinemaTəqdimat

Lük Bessonun yeni filmi Park Cinemanın LaseR zalında nümayiş olundu

8 avqust tarixində Park Cinema kinoteatrlar şəbəkəsində LaseR zalı və VIP Lounge-un təntənəli açılış mərasimi baş tutdu.

Lazer proyektoru ilə təchiz olunmuş yeni zalda məhşur “Leon”, “Beşinci element” və “Lüsi” filmlərinin əfsanəvi rejissoru Lük Bessonun “Valerian və min planetlər şəhəri” adlı fransız fanstastik filmi nümayiş olunmuşdur.

Öz açılış nitqində Marketinq üzrə Direktor Musa Axundov Park Cinema kinoteatrlar şəbəkəsinin daima ən son texnoloji yenilikləri izlədiyini və onları Azərbaycanda ilk olaraq quraşdırdığını vurğuladı. Həmçinin onu da qeyd etdi ki, Park Cinema kinosevərlərin daha komfortlu şəraitdə film izləyə biləcəyi VIP Lounge yenidən istifadəyə verilmişdir.
Daha sonra Fransanın Azərbaycandakı səfiri xanım Aureliya Buşe çıxış etmişdir. Öz çıxışında o Lük Bessonun kino sahəsində qazandığı nailiyyətlər haqda danışmış və Avropanın ən irimiqyaslı blokbasteri olan “Valerian və min planetlər şəhəri” haqda qonaqlara məlumat vermişdir.

«Valerian və min planetlər şəhəri» – mənim çoxdandır gözlədiyim filmdir. O dərəcə də gözləyirdim ki, “Beşinci element” sadəcə məşq, “Lüsi” isə tizer idi”, deyə rejissor dəfələrlə bildirmişdir. Filmdə baş rollarda Kara Delevin və Deyn DeXaan yer almışlar, çəkilişlərdə Klayv Ouen, Tan Xouk, Con Qudman və ifaçı Rihanna da iştirak etmişlər.
Qeyd edək ki, film ekranlarda 10 avqust tarixndən etibarən ölkəmizdə yalnız Park Cinema Flame Towers-da təqdim olunan eksklüziv IMAX® formatında nümayiş olunacaqdır.

Ülviyyə Ədalətqızı

Frame.az

This slideshow requires JavaScript.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!