CinemaMədəniyyətTəhsilTəqdimat

“Azərbaycan Animasiyası” kitabı Praqada təqdim olundu

Mayın 26-sı Çex Respublikasının paytaxtı Praqada Azərbaycan Xalq Cümhuriyyətin yaradılmasının 100 illiyi ilə əlaqədar təşkil edilən tədbirdə Oktyabr ayında Bakıda keçiriləcək Animafilm Bakı Beynəlxalq Animasiya festivalının və Azərbaycan Animasiyası kitabının təqdimatı baş tutub.

Təqdimatda kitabın məzmunu və çap olunması üçün lazım olan vəsait barədə iştirakçılara məlumat verilib. İştirakçılar bu gözəl layihəyə böyük maraq göstəriblər və lazımi vəsaitin yığılması üçün öz dəstəklərini əsirgəməyiblər.

Tədbirin təşkilatçısı Frame.az-a müsahibəsində bunları söyləyib:

“Bu tədbirdə tam 596-dollar vəsait toplanılıb. Əgər siz də bu lahiyəyə öz töhfənizi vermək istəyirsinizsə Anima.az saytına daxil olaraq bizi dəstəkləyə bilərsiniz. Biz bildirmək istəyirik ki bu kitabı bütün Azərbaycan xalqının dəstəyi ilə nəşr etdirmək istəyirik və kiçik bir dəstək belə bizim üçün çox önəmlidir. Azərbaycan Respublikasının yaranmasının 100 illiyi münasibətilə belə bir birliyin yaradılması və həmyerlilərimizin bir-birilərinə dəstək olması bizim üçün çox sevindiricidir!

Biz bütün təşkilatçılara və iştirakçılara dərin minnətdarlığımızı və təşəkkürlərimizi bildiririk!”

Qeyd edək ki, festival ilə bağlı bütün yenilikləri Anima.az elektron informasiya portalından əldə edə bilərsiniz.

Ülviyyə Ədalətqızı

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!