“Mançester Siti” “Arsenal” üzərində inamlı qələbə qazanıb
Dekabrın 15-də futbol üzrə İngiltərə Premyer Liqasının 17-ci turunun mərkəzi qarşılaşması keçirilib.
Frame.az xəbər verir ki, son çempion “Mançester Siti” səfərdə “Arsenal” komandasının qonağı olub. Görüş “Mançester Siti”nin 3:0 hesabılı inamlı qələbəsi ilə başa çatıb. “Şəhərlilər”in heyətində Kevin De Brüyne (2) və Rahim Sterlinq fərqləniblər.
Bu qələbədən sonra “Mançester Siti” xallarının sayını 35-ə çatdıraraq turnir cədvəlində üçüncü yerdə qərarlaşıb. “Arsenal” isə 22 xalla 9-cu pillədə yer alıb.
Turun ikinci oyun günündə daha iki qarşılaşma təşkil olunub. “Mançester Yunayted” öz meydanında “Everton” klubu ilə heç-heçə (1:1), “Tottenhem” isə səfərdə “Volverhemton” komandasına qalib gəlib (2:1).
Tura dekabrın 16-da “Kristal Palas” – “Brayton” oyunu ilə yekun vurulacaq.