Marcom şirkəti loqosunu yenilədi
Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyev loqo yenilənməsini belə izah edib. “Marcom şirkəti bazarda praktik həllər təqdim edən, yeni marketinq alətləri yaradan və bazar iştirakçılarını maarifəndirən şirkət kimi tanınmaqdadır. Biz artıq neçə müddət idi ki, xidmətlərimizi vizual olaraq əks etdirən marketinq alətlərinin ikonlaşması üzərində çalışırdıq. Onların fəlsəfəsini və təyinatını formalaşdırırdıq. Həmin ikonların konseptini hazırladıqdan sonra qərara gəldik ki, həm beynəlxalq bazara çıxışı, həm də vahid bir dəsti özündə birləşdirən bir loqo hazırlayaq. Nəticədə şirkətin əsas rəngini saxlamaqla belə bir maraqlı iş ərsəyə gəldi. Hal-hazırda yeni loqonun və ikonların istifadə qaydaları üzərində işlər gedir. Bir müddətdən sonra loqo və ikonlar şirkətin saytında yer alacaqdır. Yeni loqo ilə yanaşı biz həmçinin saytın google tərəfindən daha da yaxşı indekslənməsi üçün brif sistemindən ibarət olan 20-yə yaxın səhifəni yenidən işləyərək özəl kontentdən ibarət səhifələrə çevirdik”.
Qeyd edək ki, şirkət loqosuna sonuncu dəfə 2016-ci ildə dəyişiklik etmişdiк. Marcom şirkət bu ilin sonuna kimi bazara daha 3 yeni marketinq xidməti təklif etməyi planlaşdırır.