Mastercard: Azərbaycanda 10 milyon əhaliyə 13 milyon bank kartı düşür

2022-ci ilin sona yaxınlaşması ilə əlaqədar Mastercard Bakıda özünün illik mətbuat konfransını keçirir 

Mastercard-ın Türkiyə və Azərbaycan üzrə Baş Direktoru Avşar Gürdal və Türkiyə və Azərbaycanda Biznesin İnkişafı üzrə Baş Məsləhətçisi Mehmet Gülezin iştirakı ilə JW Marriott otelində şirkətin ənənəvi illik mətbuat konfransı baş tutub. 

Dünya sürətlə dəyişir və Mastercard ödənişlərin müasirləşdirilməsi və transaksiyaların yeni səviyyələrə daşınmasında bir lider olaraq maliyyə sektoruna yeniliklər gətirməkdən məmnunluq duyur. 

Bugünkü Azərbaycan sürətli rəqəmsallaşma baxımından əsas nümunələrdən biridir. Bir neçə il əvvəl başlanmış Nağdsız Azərbaycan proqramı indi daha iri addımlarla irəliləyir və ödənişlərin rəqəmsallaşdırılması demək olar ki bütün hökumətlərin strateji planlarından biridir, odur ki, MasterCard Azərbaycanda ölkə iqtisadiyyatının rəqəmsallaşdırılmasına yönəlmiş layihələr həyata keçirir.

“Azərbaycanda 10 milyon əhaliyə 13 milyon bank kartı düşür və hazırda bank kartları ilə ödənişlərin 40%-i ticarətin payına düşür, bunun 60%-i isə elektron ticarətlə bağlıdır. Pandemiya dövru dünyada bir çox proseslərdə dəyişikliklərə səbəb oldu və elektron ticarətin inkişafı da məhz karantin tədbirləri dövründə daha da gücləndi. Biz elektron ticarət sahəsinin daha da böyüyəcəyini proqnozlaşdırırıq və bu əməliyyatların daha da mükəmmələşdirilməsi üçün işləyirik. Qeyd etmək istərdim ki, əldə olunan rəqəmlər həm bazarda formalaşan rəqabət mühitinin, həm də bazar tənzimləyicisinin həyata keçirdiyi tədbirlərin müsbət nəticəsidir. Hazırda dünyada baş verən ödəmələrin sinxronlaşdırılmasına nəzərsə salsaq, Azərbaycanda rəqəmsal iqtisadiyyat üçün böyük potensialın olduğunu qeyd etmək olar. Ümumiyyətlə, Mastercard olaraq Azərbaycandakı fəaliyyətimizin əsas hədəfi hazırda kart ödənişlərinin hazırda şəxsi istehlak xərclərində 25 faiz təşkil edən payını davamlı şəkildə artırmaqdır. Hazırda Mastercard Azərbaycanda 4 tərəfdaş bank ilə kartla sadələşdirilmiş pul köçürmələrinin tətbiqi istiqamətində çalışır və yaxın zamanda bu danışıqların nəticələri ictimaiyyətə”, – deyə Avşar Gürdal qeyd edib.

Öz növbəsində, Mehmet Gülez bildirib ki, hazırda Azərbaycanda nağdsız ödənişlər sahəsində baş verən hadisələri nəzərə alsaq, bu ölkənin artıq nağdsız ödənişlər mərkəzinə çevrildiyini demək olar. “Azərbaycanda daima yeni-yeni xidmətlər tətbiq edilir və bu da bizim əsas hədəfimizdir. Mastercard olaraq, 2017-ci ildən nağdsız hökumət proqramının əsas iştirakçılarından biriyik və fəaliyyətimizi Azərbaycanın potensia ekosisteminin yaxşılaşdırılması sahəsində  indi də davam etdiririk.  Mövcud potensialı və dünyada baş verən sürətli dəyişiklikləri nəzərə alaraq, Mastercard olaraq, Azərbaycanın bütün bankları və fintekləri ilə aktiv şəkildə işləyirik və hədəfimiz ən müasir maliyyə xidmətlərinin Azərbaycanda geniş yayılmasını təmin etməkdir”, – deyə Mehmet Gülez əlavə edib.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: