IqtisadiyyatMobil dünyaTəqdimat

Mastercard-la “Hepsiburada”-dan 10% endirim əldə edin

Qlobal ödəniş texnologiyaları lideri sayılan Mastercard və Türkiyənin aparıcı onlayn satış platforması “Hepsiburada” birgə kampaniyaya start verib.

Azərbaycanda verilən Mastercard® və Maestro® kredit və debet kart sahibləri hepsiburada.com saytından ilk dəfə alış-veriş etdikdə 10% endirim qazana bilərlər. Endirimdən istifadə etmək üçün müştəri promo-bölümdə MASTERCARD10 endirim kodunu daxil edib Mastercard və ya Maestro kartı ilə ödəniş etməlidir.

“Azərbaycanda da istehlakçılar arasında kifayət qədər tanınan Türkiyənin aparıcı onlayn alış-veriş platforması “Hepsiburada” ilə əməkdaşlığımızı elan etməkdən böyük məmnuniyyət duyuruq. Bu kampaniya Mastercard kart sahbləri üçün unikal alış-veriş təcrübəsi təqdim etməklə yanaşı, bizim Azərbaycan bazarında olan öhdəliyimizi də nümayiş etdirir”, -deyə “Mastercard” şirkətinin Azərbaycan üzrə meneceri Erdem Çakar bildirib.

“Türkiyənin lider onlayn satış platforması olaraq “Hepsiburada” Azərbaycanlı müştərilərə ilk alış-verişlərində 10% endirim təqdim edən bu kampaniya çərçivəsində Mastercardla əməkdaşlıqdan qürur duyur”, – deyə “Hepsiburada İternational” şirkətinin prezidenti Emre Ekmekçi qeyd edib.

 Kart sahibləri kampaniyadan yalnız bir dəfə və ilk alış-verişdə faydalana bilər. Ölkə xaricindən edilən sifarişlər üçün gömrük prosedurlarına görə “login”-lə daxil olub tələb olunan məlumatları doldurmalısınız. Kampaniya 20 sentyabr – 31 oktyabr 2018-ci il tarixləri arasında etibarlıdır.

Təqdim etdiyimiz endirimlə https://www.hepsiburada.com/hepsiglobal linkinə klikləyib alış-verişə başlaya bilərsiniz.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!