TeatrTəqdimat

Akademik Milli Dram Teatrında Yuri Polyakovun “Sinif yoldaşları” tamaşasının uğurlu premyerası keçirilib

Bakıda səfərdə olan məşhur rus yazıçı-dramaturqu Yuri Polyakov və ailə üzvləri, o cümlədən Akademik Milli Dram Teatrının kollektivi Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Ziyarətçilər Ulu Öndərin məzarı önünə əklil qoyub, xatirəsi ehtiramla yad ediblər.

Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, abidəsi önünə tər çiçəklər düzülüb.

Qonaqlar və teatrın rəhbərliyində təmsil olunan şəxslər, yaradıcı heyət, truppa üzvləri Şəhidlər xiyabanını da ziyarət edib, vətən uğrunda canından keçən şəhidlərin məzarları üzərinə gül dəstələri qoyub, onların xatirəsini hörmət və ehtiram hissi ilə yad ediblər.

Qeyd edək ki, sentyabrın 23-də Akademik Milli Dram Teatrında Yuri Polyakovun “Sinif yoldaşları” tamaşasının uğurlu premyerası keçirilib.

Tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, bəstəkarı xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Ceyran Həsənlidir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!