IqtisadiyyatMobil dünyaTəqdimat

“Mastercard” Naxçıvanda növbəti kampaniyaya başlayıb

Qlobal ödəniş texnologiyalarının lideri sayılan “Mastercard” şirkəti “Sizin Market” və “Banu” supermarketləri ilə birgə Naxçıvanda yeni kampaniyaya start verib.

Kampaniya çərçivəsində 20 AZN və ya daha yüksək məbləğdə alış-verişini “Mastercard” və ya “Maestro” kartları ilə ödəyən bütün müştərilər marketdə təklif edilən hədiyyələrdən birinə sahib olacaqlar. Hədiyyə almaq üçün “Mastercard” və “Maestro” kartlarının istifadəçiləriMüştəri Xidmətləri masasına yaxınlaşıb, əməkdaşlara ödəniş qəbzini təqdim etməlidirlər. Kampaniya noyabrın 8-dən bu ilin sonunadək davam edəcək. “Mastercard” və“Maestro” kartlarının sahibləri aksiyadan gündə bir dəfə yararlana bilərlər.

“Yerli bazarda uzunmüddətli öhdəliklərinin möhkəmləndirilməsi naminə Naxçıvanda bu kampaniyanı davam etdirməkdən qürur duyuruq. Mərkəzi Bankla birgətərəfdaşlıq çərçivəsində həyata keçirilən “Nağdsız Azərbaycan” layihəmizi dəstəkləmək məqsədilə biz Azərbaycandakart sahiblərimiz üçünmütəmadi olaraq stimullaşdırıcı kampaniyalar təşkil edirik. Biz, həmçinin, Naxçıvanda keçirilən ilk uğurlu kampaniyamızdan sonra şəhərdəki iki böyük supermarketləəməkdaşlıq etməyə və burada bizim qlobal “world beyond cash” baxışımızı təqdim etməkdən məmnunuq”, – deyə “Mastercard”ın Azərbaycan üzrə meneceri Erdem Çakar bildirib.

“Sizin Market” supermarketi Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 19, ünvanında, “Banu” supermaketi isə “Gənclər şəhərciyi”, blok 9, ünvanında yerləşir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!