MBA-nın 9 basketbolçusunda koronavirus testləri müsbət nəticə verib

Milli Basketbol Assosiasiyasının (MBA) daha 9 oyunçusunda koronavirus testləri müsbət nəticə verib.

Bu barədə MBA oyunçularının Həmkarlar İttifaqının mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, test nəticələri pozitiv olan bütün oyunçular karantin qaydalarına riayət etməklə, həkimlərdən müsbət rəy alana qədər özlərini təcrid edəcəklər.

Xatırladaq ki, MBA rəhbərliyi koronavirus səbəbindən dayandırılan 2019-2020-ci il mövsümünün qalan formatını təsdiqləyib. Müntəzəm mövsümün iyulun 31-də başlayacağı və 30 komandadan yalnız 22-nin mübarizə aparacağı bildirilib.

Bütün matçların Orlando şəhərində (Florida ştatı, ABŞ) yerləşən “Disney World” əyləncə parkında keçiriləcəyi planlaşdırılıb. Final seriyasında yeddi matç oynanılacağı təqdirdə, mövsüm oktyabrın 12-də başa çatacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: