Mobil dünyaTəqdimat

“Microsoft” təhsil sahəsi üzrə apardığı tədqiqatın nəticələrini açıqlayıb

“Microsoft” korporasiyasının sifarişi ilə aparılan tədqiqatda şagirdlərin uğur və müvəffəqiyyət qazanması üçün rifahın və müsbət düşüncənin vacibliyi xüsusi olaraq vurğulanıb. Bu əhəmiyyətli məqamlar hər il mütəmadi keçirilən dünyanın ən böyük təhsil texnologiyaları tədbiri sayılan BETT konfransında “Süni intellekt dövründə emosiyalar və dərketmə” panelində təqdim edilib.

Tədqiqat dünyanın müxtəlif yerlərində təhsil sahəsində peşəkarları, müəllimləri və inzibati vəzifələrdə çalışanları və ən yüksək vəzifəli şəxslərə qədər işçiləri əhatə edib. Respondentlər – Meksikadan İsveçə, İndoneziyadan Kanadayadək müxtəlif iqtisadi, sosial və siyasi sahələrdə fəaliyyət göstərən şəxslər arasından olub. Onların fikrincə, məktəb müəllimləri və adminstratorları düşünürlər ki, şagirdlərin öyrənmə nəticələrini yaxşılaşdırmaq və onları dəyişən əmək bazarına hazırlamaq üçün məktəblərdə emosional rifahı prioritet halına gətirmək və inkişaf etdirmək lazımdır. Tədqiqatda 15 ölkədən 763 pedaqoq iştirak edib.

Emosional rifah akademik və məşğulluq müvəffəqiyyətinin bir göstəricisidir, emosional bilik isə özünü tanıma və həyatda düzgün yol tapmaq üçün çox vacibdir. Süni intellektin əmək bazarını formalaşdırdığını nəzərə alsaq, yaradıcılıq, qarşılıqlı anlaşma və empatiya kimi insan bacarıqlarının əhəməiyyəti daha da artır. Pedaqoqlar rifahın yaxşılaşdırılması üçün bacarıqların inkişafında əsas rol oynayırlar. Bu beynəlxalq tədqiqat təhsil peşəkarlarının şagirdlərin rifahının üstün tutmasını və yanaşmasını araşdırır.

Araşdırmaya əsasən, pedaqoqların 80%-i inanır ki, pozitiv emosiyalar akademik uğur üçün çox vacibdir, 80%-i isə emosional rifahın ünsiyyət bacarıqlarını inkişaf etdirməkdə əhəmiyyətini vurğulayır. Diqqətəlayiq məqam odur ki, araşdırılan məktəblərin 53%-də dəqiq rifah siyasəti artıq mövcuddur və müəllimlərin fikrincə, bu cür siyasətin olması şagirdlərin emosional rifahının müntəzəm və sistemləşdirilmiş şəkildə dəstəklənməsinin mühüm elementidir. Bu anlayış qlobal təhsil intibahının da diqqət mərkəzindədir. Belə ki, Asiyada məktəblərin 67%-i siniflərdə emosional savadlılığın inkişafını təşviq edir, Şimali Amerikada isə müəllimlərin 66%-i sinifdə emosional savadlılıq prinsiplərini artıq tətbiq etdiklərini bildirib.

Eyni zamanda tədqiqat şagirdlərin rifahının dəstəklənməsi üzrə top üç texnologiyanı da müəyyən edib: təhsil prosesinə töhfə verib, genişləndirdikləri üçün təhsil ilə bağlı mobil tətbiq və ya proqram təminatlarının 58%-i, təhsilin sosial proses olduğunu nəzərə alaraq birgə iş alətlərinin 49%-i, şagirdlərin emosional vəziyyəti ilə bağlı məlumat və təhlilin payına isə 46% düşür, çünki əyanilik məsuliyyətə gətir.

Araşdırma sosial emosional bacarıqların inkişafının məktəblər üçün prioritet olduğunu bildirir. Belə ki, məktəblərin 70%-dən çoxu artıq məqsədyönlü olaraq SE bacarıqlarını fundamental bacarıq olaraq görürlər. Mövzu haqqında daha ətraflı öyrənmək üçün “Xoşbəxtliyi öyrədək” adlı vebinarına ödənişsiz şəkildə qoşulmaq mümkündür.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!