Milli parklar yanvarın 22-dən öz qapılarını ziyarətçilərin üzünə açır

Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması” barədə Qərarına uyğun olaraq milli parklar yanvarın 22-dən öz qapılarını ziyarətçilərin üzünə açır.

Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev deyib.

Xidmət rəisinin sözlərinə görə, milli parklar əvvəlki rejimdə, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərəcək: “Turistlər karantin rejiminin tələblərinə əməl etməklə milli parkları ziyarət edə və qapalı məkanlar istisna olmaqla, açıq havada təbiətimizin gözəlliklərini seyr edə bilərlər. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir”.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: