Muğam Mərkəzində tanınmış xanəndəyə həsr edilmiş ədəbi-bədii musiqili gecə

Sentyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində tanınmış xanəndə Məmmədəli Əliyevə həsr edilmiş ədəbi-bədii musiqili gecə təşkil edilib.

Frame.az xəbər verir ki, “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşən musiqili gecədə sənətkarın qəzəlləri səslənib, xidmətlərindən danışılıb.

Həmçinin gecədə tanınmış ifaçılar tərəfindən konsert proqramı təqdim olunub.

Qeyd edilib ki, tanınmış müğənni Məmmədəli Əliyev (ədəbi təxəllüsü Sail) “Kor ərəbin mahnısı”nın ilk ifaçısı olub.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: