MədəniyyətTeatrTəqdimat

Musiqili Teatrın solisti beynəlxalq festivalda iştirak edib

Qazaxıstanın Karaqanda şəhərində XX Beynəlxalq “Музыкальная Сарыарка” musiqi festivalı keçirilib. Müxtəlif üslub və janrlarda musiqilərin səsləndirildiyi festivalda Qazaxıstanla yanaşı, Türkiyə, Rusiya, Qırğızıstan, Özbəkistan, Tatarıstan və Azərbaycan da iştirak edib. Ölkəmizi bu festivalda Azərbaycan Dövlət Musiqili Teatrının solisti Eleonora Mustafayeva təmsil edib.

Teatrdan Frame.az-a bildirilib ki, həmyerlimiz Qırğızıstanın Xalq artisti Baktıbek İbıkeev və Rusiyanın Xalq artisti Aleksandr Tsiqankovla yeni səhnəni bölüşüb.

E.Mustafayeva Qırğızıstanın Əməkdar incəsənət xadimi Duysen Ukibayın dirijorluğu ilə Tattimbeta adına Qazaxıstanın Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti altında “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını, “Gianni Schicchi” operasından Laurettanın ariyasını ifa edib.

Möhtəşəm konsertin sonunda Eleonora Mustafayeva və digər ifaçılar mükafatlandırılıb.

İstedadlı aktrisa E. Mustafayeva Musiqili Teatrda oktyabrın 27-də Faiq Sücəddinov və Tamara Vəliyevanın “Mən dəyərəm min cavana” tamaşasında Gülnaz, noyabrın 3-də Rauf Hacıyevin “Talelər qovuşanda” komediyasında isə Nərgiz rolunda çıxış edəcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!