EventsTəqdimat

İlin ən ulduzlu komediyası gəlir!

“CinemaPlus” kinoteatrlar şəbəkəsində dekabrın 21-də “Cinemazadeh” studiyasının istehsalı olan “Kəklikotu” macəra komediyasının nümayişi keçiriləcək.

Filmdə 20-dən çox məşhur aktyor, muğənni və rejissor rol alıb.

Filmin ssenari müəllifləri Vüqar Huseynov və Talıb Əhmədovdur. Filmin rejissorları Cəfər Axundzadə və Vuqar İsmayılzadə. ProdüserTural Əsədov,. Baş redaktoru isə Xətai Əlidir.

Filmdə Müşfiq Şahverdiyev, Nigar Camal, İslam Mehrəliyev, Əlixan Rəcəbov, Aqil M Quliyev, Məcid Hüseynov, Fərda Amin, Elcan Rəsulov, Kamran Ağabalayev, Ceyhun Zeynalov (Jin), Kənan MM, Oqtay Əliyev, Rövşən Məmmədli, Nofəl Şahlaroğlu, Samir Qulamov, Vüsal Hacıqədir, Xalq artisti Faiq Ağayev digər tanınmışlar rol alıb.

Meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu bir nəfərə çatacaq bir kisə kəklikotunu başqasına satırlar. Sən demə, kisədə kəklikotu yox,qurudulmuş marixuana imiş. Milyonla ölçülən bu əmanətin yiyəsindən yaxa qurtarmaq isə qəliz məsələdir.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Frame.az

http://https://www.youtube.com/watch?v=HdpG-d4J4bo&feature=youtu.be

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!