IqtisadiyyatMobil dünyaTəqdimat

“Nar MiFi” paketini al, 6 aya qədər pulsuz internet əldə et!

Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar” yüksəksürətli internetə çıxış imkanı verən“Nar MiFi” paketini təqdim edir. “Nar MiFİ” paketinə aylıq 30 GB olmaqla 6 aya qədər yüksəksürətli internet və daşınabilən MiFi cihazı daxildir. “Nar MiFi” paketinin ilkin qiyməti 120 AZN təşkil edir. Paketin daxilindəki pulsuz internet bitdikdən sonra, abunəçilər aylıq 20 AZN ödəməklə, 30 GB internet əldə edəcəklər.

“Nar MiFi” ilə abunəçi olduğu yerdən asılı olmayaraq, hər zaman onlayn olacaq və sərfəli qiymətə yüksək sürətli internetə çıxış əldə edəcək. Eyni zamanda,istifadəçinin interneti dostları və yaxınları ilə asanlıqla paylaşması mümkün olacaq. Portativ cihazı abunəçi rahatquraşdıra bilər və SİM kartı və batareyanı cihaza daxil etməklə, internet aktiv olacaq. “Nar MiFi” cihazının ölçüsünün kiçik və yüngül olması onu asanlıqla istənilən yerə aparmağa imkan verir.

Qeyd edək ki, 3G və 4G şəbəkəsini bütün ölkə ərazisində artırmağa davam edən “Nar” hazırda ölkədə ən geniş şəbəkələrindən birinə malikdir. “Nar MiFi” cihazını abunəçi istənilən “Nar” satış və xidmət mərkəzləri və ya diler mağazalarından əldə edə bilər. “Nar MiFi” haqqında daha ətraflı məlumatı  nar.azsaytından əldə etmək olar.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!