CinemaEventsTəqdimat

Nizami Kino Mərkəzi Xocalı faciəsinə həsr olunmuş tədbir keçirib

Nizami Kino Mərkəzi Xocalı faciəsinin 25-ci ildönümü  ilə bağlı  Azərbaycanın Milli Qəhrəmanı Vəzir Sədiyev haqqında çəkilmiş “Dəmir mayor” sənədli filmin  nümayişini keçirib.

Nümayişdən əvvəl,  tədbirdə iştirak edən filmin rejissoru Zamin Məmmədov,  ssenari müəllifi Vüqar Əsgərov sənədli lentin ərsəyə gəlməsindən danışıblar.  Milli Qəhrəmanın ailə üzvləri Vəzir Sədiyev haqqında xatirələrini tamaşaçılarla bölüşüblər, onun necə vətənpərvər və professional hərbiçi olduğu haqqında söz açıblar.

Çıxış edənlər, həmçinin, bu mövzuda  olan filmlərin gənc nəslə örnək olduğunu və onların  vətənpərvərlik ruhunda yetişmələrində böyük rol oynadığını vurğulayıblar.

Sonda Xocalı faciəsində həlak olan soydaşlarımız  bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, tədbirdə  Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində olan Mədəni Tədbirlərin təşkili və Yaradıcı gənclərlə iş üzrə Mərkəzin  əməkdaşları iştirak edib. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!