Nizami Kino Mərkəzində “Belle” filmi təqdim olunub
Aprelin 6-da Nizami Kino Mərkəzində Latviyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə latviyalı rejissor İnara Kolmanenin “Bille” filminin təqdimatı keçirilib.
Frame.az xəbər verir ki, tədbirdə çıxış edən kino tənqidçisi Ülvi Mehdi qonaqları salamlayaraq latviyalı rejissor İnara Kolmane ilə bir neçə il əvvəl beynəlxalq festivalda tanış olduğunu bildirib. O, İ.Kolmanenin lentə aldığı filmlərin əhəmiyyətindən bəhs edib.
Bakıya ikinci dəfə səfər etdiyini bildirən filmin rejissoru İnara Kolmane indiyədək burada onun üç filminin göstərildiyini diqqətə çatdırıb.
“Sizin şəhərinizi sevirəm. Yenidən Bakıya gəldiyim üçün çox şadam. Ümid edirəm ki, “Bille” filmi də sizin xoşunuza gələcək. Film yeddi yaşlı Bille adlı balaca qızın həyatından bəhs edir. Filmdə qadınlara, sülhə və azadlığa yer verilib”, – deyə filmin rejissoru qeyd edib.
Sonra film geniş auditoriyaya təqdim edilib.