Bizim AşpazMədəniyyətTəqdimat

Nümayəndə heyyətimizin üzvləri Beynəlxalq Kulinariya Çempionatlarında iştirak ediblər

Xəbər verdiyimiz kimi, 30.04–06.05.2017-ci il tarixlərdə Qırğızıstanın Bişkək şəhərində, 06 – 09.05.2017-ci il tarixlərdə isə Türkiyənin İzmir şəhərində Beynəlxalq Kulinariya Çempionatları keçirilib.

01.05.2017-ci il tarixdə nümayəndə heyətimiz (T.Əmiraslanov, Anar Qasımov, Behman Əkpərzadə, Əliəşrəf Alışov) Qırğızıstanın paytaxtı Bişkek şəhərində “Maryotel”də mütəxəssislər üçün usta-siniflər keçirib. Usta siniflərdə yerli məhsullardan “Balıq ləvəngəsi”,”Qoyun ətindən narqovurma”,”Şah plov”, və s. Azərbaycan xorəkləri iştirakçılara öyrədilib.

02.05.2017-ci il tarixdə komandamız “Барашек” və “Эксклюзив” restoranlarında konsaltinq treninqində iştirak edib. Çeşniyə Azərbaycan milli xorəklərini salınması və ayrıca Azərbaycan zalının, Azərbaycan restoranın yaradılması barədə danışıqlar aparılıb.

04.05.2017-ci il tarixdə “Kazan manqal” Avrasiya Kulinariya Festivalın açılış mərasimi olub. Mərasimdə Azərbaycanın Qırğızıstan səfirliyinin nümayəndələri Farhad Məmmədov və Elşən Mazanov də iştirak ediblər.
05.05.2017-ci il tarixdə komandandamızın üzvləri Anar Qasımov (manqal, milli mətbəx), Əliəşrəf Alışov (balıq), Behman Əkpərzadə (qırmızı ət) siniflərdə çıxış ediblər.

Çempionatda Qirğızıstan, Azərbaycan, Özbəkistan, Qazağıstan komandaları olmaqla yalnız türkdilli ölkələr iştirak edib. Türkiyəni isə Manas Universitetində təhsil alan bir tələbə təmsil edib.
Azərbaycan komandası 1 komanda (qara qutu) və 4 fərdi yarışda iştirak edib.
Komanda yarışlarında heçkəs qızıl medal almayıb, fərdi yarışlarda isə komandamız 2 gümüş, 2 bürünc medal qazanib.

Beləliklə komandamız 1 komanda (qara qutu) yarışından gümüş, fərdi sinif yarışlarıdan 4 medal (2 gümüş,2 bürünc) qazanıb ki, bunu müsbət nəticə hesab etmək olar.

Tədbir zamanı nümayəndə heyətimiz Azərbaycan səfirliyinin daimi himayəsi altında olub .

Növbəti Beynəlxalq Kulinariya Çempionatı 06 – 08.05.2017- ci il tarixində İzmirin Kamalpaşa bölgəsində keçirilib. Çempionatda 17 ölkə (Azərbaycan, Türkiyə, Serbiya, Fələstin, Rumıniya, Ukrayna, Almaniya və s.) iştirak edib.

Tədbiri Ak Partinin sədr müavini, İzmir bələdiyyə başçısı və s. rəsmi şəxslər ziyarət edib.
Komandamız 3 fərdi (balıq,milli mətbəx və modern) siniflərdə və 1 komanda (qara qutu) sinifində iştirak edib.
Tədbirdə Azərsun Holdingin istehsalı olan məhsullardan xüsusilə kərə yağı ətirli “Möcüzə yağları”- dan istifadə edilib.

08.05.2017-ci il tarixdə T.Əmiraslanov İzmirdə Zəkəriyyə Divan Kultur evində mühazirə oxuyub. Mühazirədə Ege Universitetin Türk Dünyası Arışdırmalar İnstitutun yaradıcısı, d-r., prof. Fikrət Türkman, və İnstitutun müdiri, Türkiyənin UNESCO-dakı nümayəndəsi, Türk Halk bilimi bölümünün dekanı (folklor fakultesi), d-r,prof. Mətin Ekici və başqa alimlər iştirak ediblər.

T.Əmiraslanovu dinləyicilərə Fikrət Türkman təqdim edib.

Komandamız 3 fərdi siniflərdən 3 qızıl medal, 1 komanda isə gümüş medal və yarışların 2 kubokunu qazanıb.
Çempionatın nəticəsini komandamız üçün müsbət hesab etmək olar.

Daimi dəstəyə görə nümayəndə heyyəti Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirir. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!