“Opalus Partners” şirkəti tələbələrə təcrübə proqramı təklif edir
“Opalus Partners” şirkəti ali təhsil müəssisələrinin yuxarı kurs tələbələri və məzunları üçün HR, PR və Marketinq sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə şirkətdə yay təcrümə proqramı keçməyi təklif edir. Təcrübə proqramı 1 iyul tarixindən 30 avqust tarixinə qədər davam edəcək. Təcrübədə iştirak edən stajorlara müvafiq sertifikatlar təqdim olunacaq. Həmçinin, təcrübəçilər “Opalus Partners” şirkəti tərəfindən keçirilən təlim proqramların da iştirak edə biləcəklər.
“Opalus Partners” şirkətinin rəhbəri Çimnaz Qasımova proqramla bağlı bildirdi ki, Opalus Partners şirkəti öz fəaliyyətində daim gənclərin bilik və bacarıqlarının inkişafına dəstək verən layihələri dəstəkləyir. Təcrübə proqramında iştirak edəcək gənclər qısa müddət ərzində HR, PR və Marketinq sahəsinin praktiki əsaslarına yiyələnəcəklər və bu bilikləri gələcək fəaliyyətlərində tətbiq edə biləcəklər.
Qeyd edək ki, “Opalus Partners” şirkəti 2017-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Şirkət HR və PR sahələri ilə bağlı konsultasiya xidmətləri göstərir.
Frame.az