FinansIqtisadiyyatTurizmTəqdimat

“PAŞA Sığorta” kasko sığortalı müştərisinə 119 min manatadək ödəniş edib

Qəza anında hər zaman operativ şəkildə müştərilərinin köməyinə çatan “PAŞA Sığorta” şirkəti ötən ilin son rübündə qəza hadisəsi nəticəsində fərdi müştərisinə 118 900 AZN sığorta ödənişi həyata keçirib.

Qeydə alınan hadisəyə əsasən, Ələt-Astara yolunda hərəkətdə olan sığortalı “Audi Q7” markalı avtomobil sahibi yağışlı hava şəraitində, sürüşkən yolda idarə etməni itirərək qəzaya uğramış və avtomobil tam yararsız hala düşmüşdür. “PAŞA Sığorta” qəza zamanı avtomobilə dəyən zərərlə bağlı “Tam KASKO” sığortalı müştərisinə 118 900 AZN sığorta təminatı ödəyib.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 minə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!