FinansIqtisadiyyatTurizmTəqdimat

PAŞA Sığorta korporativ müştərilər üçün Novruz tədbiri təşkil etdi!

Hər zaman müştəri məmnuniyyəti ilə fərqlənən PAŞA Sığorta öz korporativ müştərilərinə uzunmüddətli əməkdaşlığa görə təşəkkür bildirmək məqsədilə Novruz tədbiri həyata keçirmişdir. Tədbirin həyata keçirilməsində əsas məqsəd uzunmüddətli əməkdaşlığa görə müştərilərə təşəkkür bildirməklə yanaşı, biznes əlaqələrinin möhkəmləndirilməsi olmuşdur.

15 mart tarixində baş tutan tədbirdə 60-dan çox şirkət nümayəndəsi iştirak edib. Tədbir PAŞA Sığorta şirkətinin İdarə Heyətinin sədr müavini Tural Əliyevin qonaqları salamlaması və müştərilərə öz təşəkkürünü bildirməsi ilə başlayıb. Daha sonra tədbirdə şirkətin Satış Departamentinin rəhbəri Cəmilə İbrahimova çıxış edib və ən uzunmüddətli əməkdaşlıq edən şirkətləri müxtəlif nominasiyalar üzrə təltif edib. 

Tədbir boyunca müştərilərin əyləncəli vaxt keçirə bilməsi üçün milli dəyərlərimizlə bağlı müxtəlif hədiyyəli oyunlar keçirilib. Daha sonra qonaqların bir qismi PAŞA Sığorta şirkəti ilə əməkdaşlıqlarından bəhs edərək öz xoş arzularını bildiriblər.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!