PAŞA Sığorta qlobal reytinq agentliyi tərəfindən yüksək dəyərləndirildi!
Beynəlxalq sığorta bazarında mövcud olan yenilikləri, müxtəlif trendləri yerli bazara gətirərək hər zaman müştərilər üçün innovativ imkanlar yaratmağa çalışan PAŞA Sığorta şirkəti daha bir qlobal dəyərləndirmədən keçib. Beynəlxalq reytinq agentliyi olaraq bütün dünyada maliyyə və sığorta sahəsində mövcud olan müxtəlif şirkətləri dəyərləndirən “S&P Global Ratings” reytinq agentliyi PAŞA Sığorta şirkətinin fəaliyyətini yüksək dəyərləndirib. Belə ki, 2023-cü ilin aprel ayında keçirilmiş qiymətləndirmə nəticələrinə əsasən, “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Bu göstərici PAŞA Sığortanın beynəlxalq standartlara uyğun korporativ idarəetmə sistemininə sahib olduğunun və uzunmüddətli maliyyə dayanıqlılığının bariz nəticəsidir.
Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.