Pluton haqqında bilmədikləriniz
Uzaq qalaktikalar və ulduzlar aləmi hər zaman insanları öz qeyri-adilikləri ilə cəzb edib. Lakin tədqiqatçılar və astronomiya həvəskarları üçün daha yaxın göy cisimləri də xüsusi maraq doğurur.
Məsələn, yerə nisbətən daha yaxın Pluton planeti haqqında nələri bilirik?
Pluton bir çoxları tərəfindən planet olaraq qəbul edilir. Halbuki beynəlxalq astronomlar icması bir neçə il öncə Plutonu planetoid olaraq qəbul edib, amma bununla bağlı dərsliklər hələ ki yenilənməyib.
Çox kiçik ölçülərə və soyuq temperatura (təqribən mənfi 230c) malik olmasına baxmayaraq Plutonun öz atmosferi var. Sözsüz bu yer kürəsi atmosferinə nəzərən daha simvolikdir, amma hər halda mövcuddur. Onu, planetoid 1985-ci ildə ulduz qarşısından keçərkən müəyyən edə bildilər. Təbəqə metan, azot və karbon qazlarından ibarətdir.
Plutonun atmosferi sabit deyil. Planet Günəşdən uzaqlaşdıqca qazlar soyuyur və səthə çökür, orbit digər fazaya keçəndə isə qazlar yenidən buxarlanır, beləcə sonsuzluğa qədər davam edir.
Balaca ölçülərinin olmasına baxmayaraq Plutonun 4 peyki var. Onlardan ən böyüyü olan Haronun çəkisi planetoidin çəkisinin yarısına bərabərdir. Nikta və Hidra adlı digər peyklər isə yalnız 2000-ci ilin ortalarında Habbl teleskopu vasitəsilə müəyyən edilib. Niktanın diametri 46 km-ə, Hidranın diametri isə 61 km-ə bərabərdir. Bunun nəticəsidir ki onları uzun müddət müyyən etmək mümkün olmayıb. Dörd ildən bir az çox müddətdir ki astronomlar Plutonun dördüncü peykini də aşkar ediblər və ona hələ ki ad verilməyib.
Pluton digər planetoidlər kimi necə deyərlər “təmiz orbitə” malik deyil. Bildiyimiz kimi istənilən göy cisminin hərəkəti cazibə qüvvəsi ilə, daha doğrusu çəkisi ilə müəyyən edilir. Pluton ilə onun orbitində mövcud olan digər obyektlərin çəkilərini müqayisə etsək, çox çüzi fərqlər meydana çıxa bilər. Bizim planet orbitində olan digər obyektlərdən 1 milyon yarım dəfə ağırdır.
Haron ənənəvi olaraq Plutonun peyki sayılır amma, reallıqda bu belə deyil. Hər iki səma cismi kosmosda eyni nöqtə ətrafında dövr edir və buna görə də bunların hər ikisini planetoid hesab etmək olar.
Günəş sistemində ən kənar səma cizminin orbitinin böyük bir hissəsi Günəşdən Neptun planetinin orbitindən daha çox uzaqdır. Lakin bunun da öz xüsusiyyətləri var, məsələn, trayektoriyasının müəyyən hissələrində Pluton Günəşə cüzi olaraq yaxınlaşaraq Neptunun orbiti daxilində hərəkət edir. Belə hallar isə tez tez baş vermir, 100 ildə bir dəfə baş verir. Sonuncu dəfə bu hal 1979 və 1999-cu illərdə baş verib.
Plutonun ölçüləri günəş sistemində mövcud olan istənilən digər planetin ölçülərindən kiçikdir. Onun sıxlığı da çox azdır, halbuki diametri təqribən 2400 km-ə bərabərdir, bu da bizim planetin diametrindən 6 dəfə azdır. Maraqlıdır ki, Pluton nəinki bütün planetlərdən, o hətta digər planetlərin peyklərindən də balacadır. Hətta digər cırtdan planet olan Erida belə ölçülərdə Plutonu üstələyir.
Yüngül qazlarla əhatələnən Pluton Günəşə kifayət qədər yaxın olsaydı kometə dönərdi.
Ölçülərdə Plutondan geri qalmayan Haron planetoidində (peykində) mütəxəssislərin müəyyən etdiyi kimi qeyzerlər üstünlük təşkil edir. O qeyzerlər əlbəttə kimi qaynar deyil, əksinə soyuqdur və buz kristalları püskürürlər.
Plutonun orbital ili 246 sutka təşkil edir.