CinemaEventsTəqdimatƏn Son

Qalmaqallı filmin yenidən nümayişi

02 avqust 2016-cı il tarixidə saat 21:30-da Azərbaycan kino günü münasibətilə “28 mall” ticarət mərkəzində yerləşən “Cinema Plus” kinoteatrında Emil Quliyevin “Pərdə” filminin təkrar nümayişi təşkil olunacaq.

NÜMAYİŞDƏ FİLMİN REJİSSORU VƏ AKTYORLAR DA İŞTİRAK EDƏCƏKLƏR.

“Pərdə” (2016, 72 dəq.)
Rejissor Emil Quliyev (Azərbaycan)

“Ata məsləhəti, el adət-ənənəsi ilə evlənərək sonradan bədbəxt olan Zaur, hal-hazırda seçim qarşısındadır. O, öz bacısı Lalənin sevdiyi oğlan Eminlə xoşbəxt olmasını istəyir. Bunun üçün Zaur, bacısının qaçırılmasına icazə verməlidir. Cəmiyyətin, dostların, qonşuların bu işə münasibəti necə olacaq kimi fikirlər Zauru çıxılmaz vəziyyətdə qoyur.
Onun seçimindən bir ailənin taleyi asılıdır. Görəsən o, nəyi seçəcək?!”

Film Azərbaycan dilində nümayiş etdiriləcək.
02 avqust 2016-cı il
saat 21:30-da
Biletin qiyməti 3 manat.

Frame.az 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!