EventsMədəniyyətTəqdimat

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Azərbaycan ölkədə müğənni, ifaçı və musiqiçilərin hüquqlarının inkişafı və riayət olunması istiqamətində inamlı addım atır. RAYS abreviaturu Azərbaycan ictimaiyyətinə hələ çox az tanışdır, lakin vəziyyət sürətlə dəyişir və tezliklə bu dörd hərf əlaqəli hüquqların müdafiəsinin simvoluna çevriləcəkdir.

Bu barədə RAYS-ın mətbuat xidmətindən bildirilib.

Məlum olduğu kimi, əlaqəli hüquqlar müğənni, ifaçı, musiqiçi və fonoqram istehsalçılarının maraqlarına xidmət edir.

RAYS qeyri-kommersiya təşkilatı olaraq müğənni, ifaçı və musiqiçilərin, habelə digər əlaqəli hüquqlar sahiblərinin hüquqlarının müdafiəsi üzrə lisenziyası olan rəsmi qeydiyyatdan keçmiş strukturdur.

RAYS nümayəndələri Azərbaycanı əlaqəli hüquqların müdafiəsi sahəsində inkişaf etmiş ölkələrlə eyni səviyyədə olmasına yönəlmiş səlahiyyətləri barədə Azərbaycan cəmiyyətini və xüsusən də əlaqəli təşkilatları fəal şəkildə məlumatlandırırlar.

RAYS-ın mətbuat xidmətindən (nəşrin adı qeyd olunur)-ə verilən məlumata görə, təşkilat artıq supermarketlər, radio kanallar, ticarət mərkəzləri və otellərin nümayəndələri, restoran sahibləri, irimiqyaslı idman tədbirlərinin təşkilatçıları və digər nümayəndələrlə çoxsaylı görüş və tədbirlər keçirib. Bu görüş və tədbirlərdə işgüzar və biznes elitasına qanunvericilik tələblərinə əməl olunmasının zəruriliyi ilə bağlı bütün məlumatlar təqdim edilib.

Dünyanın bütün inkişaf etmiş ölkələrində müğənni və ifaçıların musiqi əsərlərinin kütləvi ifasına görə onlara ödənişlərin edilməsi zərurəti qanunvericilik səviyyəsində qeydə alınıb. Azərbaycan da istisna deyil və bu qayda “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapıb.

Hazırda RAYS ilə “Sony Music” və “Universal Music Group” kimi bazarın böyük oyunçuları arasında müqavilələr imzalanır.

RAYS xaricdə azərbaycanlı müğənni, ifaçı və musiqiçilərin hüquqlarının müdafiəsi istiqamətində də xeyli iş görür. Belə ki, Azərbaycanın əlaqəli hüquqların müdafiəsi üzrə beynəlxalq təşkilatların gündəliyinə inteqrasiyası istiqamətində işlər uğurla həyata keçirilmiş, ABŞ, Böyük Britaniya, Polşa, Yunanıstan, Ukrayna, Serbiya, İrlandiya, Cənubi Koreya kimi ölkələrin xarici təşkilatları ilə ikitərəfli müqavilələr imzalanmışdır.

Qeyd etmək vacibdir ki, qanunun tələbini ilk yerinə yetirənlər arasında Bakı Şəhər Halqası (Baku City Circuit) Əməliyyat Şirkəti (Formula 1-in Azərbaycandakı rəsmi nümayəndəsi), habelə “Xəzər FM”, “Araz FM”, “İctimai Radio” və “Radio TMB” radiostansiyaları var. Yuxarıda adı çəkilən bütün təşkilatlar hüququ sahiblərinə və sənətçilərə ödəmələri icra edirlər.

Ötən ilin əvvəlindən yerli müğənni və ifaçılara ödəmələr edilsə də, əcnəbi sənətçilərə ödəmələrin edilməsinə bu ildən başlanılıb.

Restoran sənayesində də müsbət dinamika müşahidə olunur — bir çox restoran sahibləri məsələnin vacibliyini anlayaraq, artıq əlaqəli hüquqlardan istifadəyə görə ödəmələr etməyə başlayıb və öz obyektlərində səslənən musiqi kompozisiyalarına görə qonorar verirlər.

Paralel olaraq, populyar rəqəmsal platformalardan, o cümlədən YouTube-dan pleylistlər və ya ayrı-ayrı kompozisiyalardan fəal şəkildə istifadə edən iri marketlər və fitnes mərkəzləri ilə danışıqlar aparılır. Bu cür istifadə müğənni, ifaçı və musiqiçilərin, habelə digər hüquq sahiblərinin hüquqlarının qorunması ilə bağlı həm beynəlxalq, həm də Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulmasıdır.

Başa düşülməlidir ki, hətta az tanınan sənətçilərin ifasında məşhur kompozisiyaların yenidən ifa olunmuş versiyaları da qanunla qorunur və onların kommersiya məqsədləri üçün istifadəsinə görə müəyyən ödəmələr edilməlidir.

RAYS-ın prioritetlərindən biri əqli mülkiyyət məsələlərində iştirak edən hər kəsi məlumatlandırmaq və qanunun icrasına təşviq etməkdir.

Təəssüf ki, bəzi şirkətlər, o cümlədən Azərbaycanın populyar radio kanalları demək olar ki, bütün dünya ölkələrinin qanunvericiliyində əksini tapmış prinsiplərə əməl etməkdən boyun qaçırır və bununla da Azərbaycanın bu istiqamətdə inkişafına ləngidir.

RAYS mütəxəssisləri vurğulayırlar ki, qanunu pozan şəxslər məsuliyyətə cəlb olunacaqlar və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilmədikdə isə məsələ məhkəmə qaydasında həll ediləcəkdir.

Azərbaycanın əqli mülkiyyət hüquqlarının müdafiəsi sahəsində beynəlxalq reytinqlərdə tutduğu yer bilavasitə radiostansiyaların və biznes sektorunun digər nümayəndələrinin ifaçı və musiqiçilər qarşısında öhdəliklərini yerinə yetirməsindən asılıdır. Hazırda radiostansiyalar və biznes sektorunun digər nümayəndələri qəbul etməlidirlər ki, müğənni və ifaçılara müvafiq ödəmələr etməməklə, onlar nəinki Azərbaycanda müəlliflik hüququ və əlaqəli hüquqların müdafiəsinin inkişafını ləngidirlər, həm də, ilk növbədə, Azərbaycanın beynəlxalq arenadakı mövqeyini deskriditasiya edirlər, bu da sözügedən sahədə ölkə haqqında mənfi imicin formalaşmasının nəticəsidir.

https://www.wipo.int/edocs/pubdocs/en/wipo-pub-2000-2023-en-main-report-global-innovation-index-2023-16th-edition.pdf

İlk ciddi addımlar artıq atılıb, qarşıda, ilk növbədə, Azərbaycanın dünya əqli mülkiyyət bazarında tanınması üçün görülməli olan çoxlu işlər var.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!