EventsMobil dünyaTəhsilTəqdimat

Regionlarda İT təlimçilərin ilk təlimi başa çatıb

Azərbaycan Telefon Rabitəsinin 140 illiyi münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və UNESCO təşkilatının dəstəyi, “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin təşkilatçılığı və “Aztelekom” MMC-nin tərəfdaşlığı ilə regionlarda informasiya texnologiyaları (İT) sahəsində təlimçilərin hazırlanmasına yekun vurulub.

Təlimlərin əsas məqsədi ölkəmizin müxtəlif regionlarında fəaliyyət göstərən bir qrup İT mütəxəssisinin təlimçilik bacarıqlarını yüksəltmək və regionlarda peşəkar İT təlimçilərin sayını artırmaq olub.

Yekun olaraq müxtəlif regionlarda keçirilən təlimlərdə iştirak edib uğurla bitirən 20 nəfər təlimlərin Bakı şəhərində keçirilən son mərhələsində sertifikat əldə edib.

Təlimləri uğurla başa vuran mütəxəssislərin iştirakı ilə 2022-ci ildə müxtəlif regionlarda İT əsasları üzrə təlimlərə start verilməsi nəzərdə tutulub. Qeyd edək ki, bu təlimlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və UNESCO təşkilatının dəstəyi ilə “Gənc İT peşəkarlar” layihəsi çərçivəsində keçirilir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!