Covid-19SağlamlıqTəqdimat

Rusiyada bir COVID-19 xəstəsi 1500 nəfəri koronavirusa yoluxdurub

Rusiyada bir COVID-19 xəstəsi 1500 nəfəri koronavirusa yoluxdurub.

Bu barədə “Rospotrebnadzor” Dövlət Virusologiya və Biotexnologiya Elmi Mərkəzinin Yekaterinburq filialının rəhbəri Aleksandr Semyenov məlumat verib.

Baş vermiş fakt barədə detalları açıqlamayan mütəxəssisin sözlərinə görə, bu, Rusiyada qeydə alınan ilk belə yoluxma hadisəsidir. Onun sözlərinə görə, bir analoji infeksiya daşıyıcısı orta hesabla 2-3, “delta” ştamı olan isə 5-6 nəfəri yoluxdura bilər. “Yoluxmuş şəxs maska taxmadan, sosial məsafə gözləmədən ictimai nəqliyyatdan istifadə edirsə, virusu super daşıyıcı kimi yayır. Təəssüf ki, super daşıyıcıların koronavirusun insanlara yoluxmasında “töhfəsi” olduqca böyükdür”, – deyə virusoloq fikrini tamamlayıb.

Xatırladaq ki, statistikaya görə, Rusiyada bu günədək 6,4 milyondan çox insanda koronavirus infeksiyası qeydə alınıb. Onlardan 164 mini ölüb, 5,7 milyonu isə sağalıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!