EventsMədəniyyətOxu zalıSərgiTəqdimat

SƏNƏTLƏ ŞEİR BİR ARADA!

Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, rəssam, şair Telman Abbasovun “Qəlbimin palitrası” adlı kitabının təqdimatı və eyni adlı rəsm sərgisi 2021-ci il 19 noyabr saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcəkdir.

Telman Abbasovun şeirlər kitabını müəllifin öz imzası ilə əldə etmək, rəssamın yaradıcılığı ilə daha yaxından tanış olmaq istəyən hər kəs tədbirdə iştirak edə bilər.

Sərginin Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilməsi planlaşdırılır.

GİRİŞ SƏRBƏSTDİR!

Mətbuat dəstəkçiləri: Azərtac, Mədəniyyət qəzeti, Azpress.az, Milli.az, Trend news agency, Day.az, Edumap, Eduonline.az, Frame.az, xsm.az və Tanışolaq jurnalı

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!