“Samux gənclərinin yay düşərgəsi” keçirilib

Avqustun 12-də Samux rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Gənclər Günü münasibəti ilə  “Samux gənclərinin yay düşərgəsi” keçirilib.

Düşərgədə müxtəlif kateqoriyadan olan (qazi övladları, təhsil sahəsində uğur qazanmış gənclər, yaradıcı gənclər, idmançı gənclər, velosiped həvəskarları və s.) gənclər iştirak ediiblər.

Düşərgənin gündəliyinə əsasən, velosiped həvəskarları rayon mərkəzindən düşərgə üçün təyin olunmuş məntəqəyə 5 km məsafə qət edərək düşərgə yerinə gəliblər. Daha sonra gənclər çadırların qurulması, müxtəlif oyunlar üçün şəraitin yaradılması, naharın hazırlanması üçün hərəkətə keçiblər.

Düşərgədə müxtəlif oyunlarla (voleybol, futbol, şahmat, dama) yanaşı ekoloji aksiyada keçirilib. Gənclər meşə zolağının bir hissəsini məhişət tullantılarından təmizləyiblər.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: