Məhsullarımızı onlayn əldə etmək daha asan oldu – RƏSMİ SAYTIMIZ YENİLƏNDİ!
Azərbaycan sığorta bazarında ilk!
25 ildir fəaliyyət göstərən “Atəşgah” Sığorta Şirkəti vizyonuna sadiq şəkildə innovasiyalar sayəsində maliyyə sektorunda lider qalaraq Azərbaycan sığorta bazarında daha bir yeniliyə imza atdı!
“Atəşgah” Sığorta Şirkəti yenilənmiş https://www.ateshgah.com/ korporativ saytını müştərilərin istifadəsinə verib!
Hər zaman sərfəli, fərqli məhsulları, operativ və yüksək səviyyəli xidməti, müştərilərinə və cəmiyyətə qarşı sosial məsuliyyəti ilə fərqlənən “Atəşgah” Sığorta Şirkəti sistemini təkmilləşdirmək və müştərilərinin sığorta növlərini rahat, əlçatan və çevik şəkildə əldə etməsi naminə daim çalışır. “Atəşgah” Sığorta Şirkəti müasir dizaynda tərtib olunmuş veb-saytı vasitəsi ilə mövcüd şəraitə uyğun olaraq müştərilərin rahatlığını düşünüb zamana qənaət etməsi üçün onlayn xidmətlər göstərməyə davam edir. Artıq hər kəs sözügedənsayta daxil olaraq onlayn şəkildə sığorta məhsullarını əldə edə və sığorta ödənişini həyata keçirə bilər. Belə ki, icbari nəqliyyat sığortası, kasko, sarı, narıncı, al, arxayın qonşu, yüz yaşa, səfər sığortası kimi sığorta məhsullarını sayta daxil olaraq bir kliklə əldə edə bilərsiniz. Saytda yerləşən “Atəşgah çat” bölümündən isə istifadəçilər istənilən zaman suallarını ünvanlayıb, cavab tapa bilərlər.
Prioritet hədəfi müştəri məmnuniyyəti olan veb sayt Şirkətin müştərilərinə sığorta hadisəsi baş verən zaman onlayn müraciət imkanı da vəd edir ki, bu da öz növbəsində hadisənin daha sürətli şəkildə tənzimlənməsinə yardımçı olur. Saytın dizaynına gəldikdə isəŞirkət əməkdaşlarının korporativ fotosessiyasından olan foto şəkillərdən və Şirkət logosunun rəng çalarlarından istifadə edilmişdir.
Sayt “Atəşgah” Sığorta Şirkətinin müştərilərinə şəxsi kabinet bölümündən yararlanmaq imkanı verir. Şəxsi kabinet bölümündə müştərilər öz sığorta tarixçələri ilə tanış ola bilərlər. Belə ki, burada sığortalılar öz sığorta müqavilələri, sığorta tarixçələri, müqavilələrinin başlama, bitmə tarixləri, sığorta haqqı, məbləği və s kimi zəruri məlumatlara buradan nəzər yetirə bilərlər.
Müştərilərilə lazım olan bütün xidmətlər hər biri bir ünvanda – https://www.ateshgah.com/!