EventsFrame LifeSosialTəqdimat

“Sizin qayğınız bayram sevinci olsun” aksiyası başlayır

“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı və “BRAVO” marketlər şəbəkəsinin birgə əməkdaşlığı çərçivəsində “Sizin qayğınız bayram sevinci olsun” aksiyası həyata keçirilir.

Əhmədli qəsəbəsi, 20 Yanvar və Koroğlu metro stansiyalarının yaxınlığında yerləşən “BRAVO” hipermarketlərində yerləşən “ASAN Məktub” stendlərində ehtiyacı olan uşaqların arzuları yer alıb. Baharın gəlməsi münasibətilə qeyd edilən Novruz bayramının ilk çərşənbəsi olan su çərşənbəsi günü, 22 fevral tarixindən başlayan aksiyamız 1 ay ərzində davam edəcək. Novruz bayramı ərəfəsində hədəf 1000 uşağın arzusunu reallaşdırmaqdır.

“ASAN Məktub” sosial proqramı çərçivəsində 6 il ərzində 30-dan artıq bölgədə 6700-dən çox uşağın arzusu reallaşdırılıb.

Uşaqların xəyallarındakı gizli qəhrəmanlardan biri də siz olun!

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!