Son 3 gündə meşə fondu torpaqlarında 60 000-dən artıq ağac əkilib
Ölkə ərazisini əhatə edən meşəbərpa tədbirləri bu gün ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin iştirakı ilə Ağcabədi və İmişli rayonlarında keçirilib, 5 hektar ərazidə 7000-dən artıq müxtəlif cinsli ağac əkilib, 105 kiloqram palıd toxumu səpilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu gün meşəbərpa tədbirləri payız əkin planına uyğun olaraq, eyni zamanda Şəki, Qəbələ, Şabran, Tovuz, Şəmkir, Göygöl, Sabirabad və Lənkəran rayonlarının meşə fondu torpaqlarında həyata keçirilib.
Son üç gün ərzində ölkə üzrə ümumilikdə 66 hektar meşə fondu ərazisində 60 000-dən artıq müxtəlif cinsli ağac əkilib, 3000 kiloqram toxum səpilib.