Covid-19Sağlamlıq

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına yoluxma faktı qeydə alınmayıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada yoluxma faktı qeydə alınmayıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 884 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 94 nəfər müalicə olunaraq sağalıb, 9 min 715 nəfər vəfat edib. Aktiv xəstə sayı 75 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1150, bu günə qədər isə ümumilikdə 6 milyon 924 min 498 test icra olunub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!