Faydamız OlsunSağlamlıqSosialTəqdimat

“Gələcəyə doğru “ layihəsi icra edilib

Təkamül Gənclərin Maarifləndirilməsinə Dəstək İB QHT-rə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Gələcəyə doğru “ qısa müddətli layihəsini icra edir.  

Layihənin əsas məqsədi həssas təbəqələrə aid olan gənc qızlar üçün təhsilin əhəmiyyətini vurğulamsı və təhsilin davam etməsinə stimullaşdırıcı fəaliyyətlər həyata keçirməkdən ibarətdir. Layihənin vəzifəsi həssas sosial durumu olan qadınları və gənc qızları müxtəlif formalarda təhsillərini davam etdirməklə gələcək həyatlarının keyfiyyətinin yaxşılaşdırılmasına inandırmaqdır. Layihə bir neçə fəaliyyətdən ibarət olacaq. O cümlədən, sosial mediyada gender üzrə ekspert Şəms Mustafayeva, ailə psixoloqu Səbinə Abdullayeva və sosial layihələr üzrə bloqer Nərminə Tayız tərəfindən postların dərc olunması, sosial mediyada seçilmiş 3 qadın tərəfindən uğurlu və uğursuz hekayələr yayılmışdır. Növbəti mərhələdə dörd həssas təbəqələrdə təlimlər həyata keçirilmişdir. Təlimlər internat məktəbi (Bakı ş.), məcburi köçkün icması (Sumqayıt ş., Kimyaçılar qəsəbəsi) və Azərbaycan Uşaqlar Birliyinin sığınacağında yerləşdirilən gənc qızlar üçün keçirilmişdir. 

Layihənin yekun fəaliyyəti olan sosial rolikin prezentasiyası dekabr ayının 13-ü saat 19:30 da Tik Tok anti kafedə hayata keçiriləcək.

        

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!