Frame LifeMəsləhətSağlamlıqSosialTəqdimat

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Azərbaycanda ilk olaraq səhiyyə sahəsində blogerlik/vlogerlik fəaliyyətini reallaşdırıb

Şuranın dəstəyi ilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Azərbaycanda ilk olaraq səhiyyə sahəsində blogerlik/vlogerlik fəaliyyətini reallaşdırmışdır. Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial- humanitar siyasətini təbliğ etmək məqsədi ilə Azərbaycanın paytaxt Bakı şəhəri və müxtəlif şəhər, rayon, kənd və qəsəbədə dövlətin sosial və səhiyyə sahəsində mövcud olan qanunlar çərçivəsində vətəndaşlara qayğı haqqında məlumat verilmişdir.
Müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması üçün məlumatlar verilmişdir, maarifləndirmə işləri aparılmışdır. Vətəndaşlar tərəfindən ictimai nəzarətin artırılması üçün vlogerlik vasitəsi ilə Youtube kanalından istifadə edilmiş, maarifləndirici video teportajlar hazırlanmışdır. Qeyd edək ki, Azərbaycanda 1633 hemofiliyalı və digər nadir qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaş qeydiyyatdadır. Bölgələrdə yaşayan xəstələr və onların ailə üzvləri xəstəlik , yeni müalicə metodları haqqında məlumatlandırılmışlar. İrsi qan xəstəlikləri üzrə ixtisaslaşmış yerli kadrların təkmilləşməsi üçün səhiyyə ocaqlarında yaxın gələcək üçün akreditasiyalı Konfrans, seminar, Simpozium və dəyirmi masaların siyahısı hazırlanmış və təsdiq edilmişdir. 2016-2020-ci illərdə Hemofiliya xəstəliyi üzrə Dövlət Proqramı çərçivəsində Azərbaycanda yaşayan hemofiliyalı xəstələr dövlət büdcəsi hesabına qanı laxtalandıran faktor konsentratları bahalı dərman preparatları ilə müalicə olunurlar. Ucqar rayon və kəndlərdə yaşayan hemofiliyalı xəstələr və onların ailə üzvləri dərmanların istifadə qaydaları, qanaxmanın ağırlıq dərəcələri zamanı dərmanın həcmi haqqında məlumat almışlar. Qanaxmalardan əziyyət çəkən xəsətələr, hemofiliyalı uşaqlara qayğı və bu sahədə çalışan tibb işçilər üçün müalicənin metodlarına dair blogerlik və vlogerlik fəaliyyəti geniş yer almışdır.
1. Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial- humanitar siyasətini təbliği davam edilsin. 2. Səhiyyədə hər bir xronoki xəstə vətəndaşa individual yanaşma ilə beynəlxalq standartlara uyğun müalicənin tətbiqi, səhiyyənin personallaşmasına nail olmaq. 3. Xəstə uşaqları yaşlı xəstələrdən ayıraraq, onlara tibbi xidmətin keyfiyyətini yüksəltmək. Erkən əlilliyin qarşısını almaq üçün müvafiq Beynəlxalq Tibbi Protokollar hazırlamaq. 4. Bütün xroniki xəstələrin vahid mərkəzləşdirilmiş tibbi xidməti təkmilləsdirmək.
3. Xəstə uşaqları yaşlı xəstələrdən ayıraraq, onlara tibbi xidmətin keyfiyyətini yüksəltmək. Erkən əlilliyin qarşısını almaq üçün müvafiq Beynəlxalq Tibbi Protokollar hazırlamaq. 4. Bütün xroniki xəstələrin vahid mərkəzləşdirilmiş tibbi xidməti təkmilləsdirmək.
4. Bütün xroniki xəstələrin vahid mərkəzləşdirilmiş tibbi xidməti təkmilləsdirmək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!