IqtisadiyyatTurizmTəqdimatƏn SonƏn Son

Sosial sahibkarlıq üzrə yarışmaya müraciətlərin qəbulu davam edir

Avropa İttifaqı və BMTİP ölkədə sosial biznes yollarının təşviqi məqsədilə “İdeyalaşdırma” təlim düşərgəsi üçün müraciətləri qəbul edir.

MARAĞIN İFADƏ OLUNMASINA ÇAĞIRIŞIN MƏQSƏDİ

Çağırış sosial sahibkarları, sosial yönümlü biznesləri və vətəndaş cəmiyyəti təşkilatlarını  “IDEATION BOOTCAMP” təlim düşərgəsində iştiraka dəvət üçün edilir. Təlim düşərgəsinin məqsədi kreativ düşüncə tərzini təşviq etmək, eləcə də gəlir gətirən və Dayanıqlı İnkişaf Məqsədlərində (https://azerbaijan.un.org/az/sdgs) təsbit olunmuş problemlərin həllinə kömək edən innovativ biznes ideyaları yaratmaqdır.

Sosial problemlərə yaradıcı və yenilikçi biznes həll yollarının yaradılması sizə maraqlıdırsa, proqrama qoşula bilərsiniz. Qeyd edilməlidir ki, seçilmiş ideyalar proqramın növbəti mərhələlərində reallaşdırılması üçün layihə tərəfindən müvafiq maliyyə dəstəyi alacaq. 

 NİYƏ QOŞULMALI?

Sahibkarlıq yanaşması vasitəsilə sosial təsirə səbəb olmaq

İş yerlərin yaradılması, innovativ xidmət və məhsulların təqdim edilməsi, inklüzivlik və dayanıqlılığın təşviqi vasitəsilə DİM-lərdə təsbit olunmuş problemləri aradan qaldırmaq üçün həll yolları təqdim etmək

Sürətlə inkişaf edən sosial sahibkarlıq sahəsində yeni təcrübələr və anlayışlar əldə etmək

İlhamlanmaq və yeni ideyalar bölüşmək

DİM-lərdə təsbit olunmuş problemləri aradan qaldırmaq üçün fərqli komandalarda birgə işləmək

Yeni dostlar qazanmaq və əlaqələr qurmaq

UYĞUNLUQ MEYARLARI

İştirak etmək hüququ əldə etmək üçün iştirakçılar aşağıdakı meyarlara cavab verməlidir:

Azərbaycan Respublikasında fəaliyyət göstərmək

Milli qanunvericiliyə uyğun olaraq fərdi sahibkar, qeyri-kommersiya təşkilatı və ya məhdud məsuliyyətli cəmiyyət kimi qeydiyyatdan keçmək

Sosial və ya ekoloji missiyaya malik olmaq

 MÜRACİƏT QAYDASI      

Təlim düşərgəsində iştirak etməkdə maraqlı olan bütün sosial sahibkarlar və vətəndaş cəmiyyəti təşkilatları bu dəvətə əlavə edilən təşkilatın anket formasını və biznes ideyası üzrə formanı doldurmalıdır. Zəhmət olmasa, nəzərə alın ki, 1-dən çox biznes ideyası təqdim edə bilərsiniz. Ərizələrə layihə komitəsi tərəfindən baxılacaq və müvafiq olaraq məlumat veriləcək. Əlavə məlumat tələb olunduqda, BMTİP ərizəçilərlə əlaqə saxlaya bilər. Suallar 3 aprel 2023-cü il tarixindən gec olmayaraq, aşağıdakı e-poçt ünvanına göndərilə bilər: info.az@undp.org

Anket forması və biznes ideyası üzrə forma 3 aprel 2023-cü il, yerli vaxtla saat 18:00-dan gec olmayaraq, aşağıdakı e-poçt ünvanına göndərilməlidir: info.az@undp.org

Formaları BURADAN endirin: bit.ly/3ZTDrPS

Sözügedən ideyalaşdırma təlim düşərgəsi, Aİ-nin maliyyələşdirdiyi və BMTİP-nin həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi tərəfindən həyata keçirilir. Layihə – siyasətlərin formalaşdırılması, yerli inkişafa dəstək, ölkədə sosial sahibkarlığın təşviqi sahələrində VCT-lərin iştirakının artırılması məqsədilə onların potensialının gücləndirilməsini hədəfləyir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!