Təsadüf nəticəsində ulduzu parlayan məşhurlar
Onlar heçvaxt təsəvvürlərinə belə gətirməzdilər ki, nə vaxtsa hamının sevimlisinə çevriləcəklər və bir gecə də məşhur olacaqlar. Sizə təsadüf nəticəsində məşhur olan ulduzları təqdim edirik:
Harrison Ford – kinostudiyada qapıları dəyişdiyi zaman George Lucas tərəfindən kəşf edilmişdir.
Evangeline Lilly – stüardessa olan bu xanım evə qayıdarkən model şirkəti tərəfindən bəyənilmişdir.
Will Smith – mügənnilik karyerasına yenicə başlayan aktyor maşın sürərkən yolu azır və yoldan keçən piyadadan yolu soruşur. Bu piyada isə Warner Brothersin prezidenti olur.
Toni Braxton – benzin doldurma məntəqəsində növbəsini gözləyərkən mahnı zümzümə edən Toninin səsini bir nəfər bəyənir və vizitkasını verir.
Bruce Willis – uşaqlıqda dilində pəltəklik olan aktyor hamı tərəfindən lağ obyektinə çevrilib. O teatr məktəbinə yazılıraq bu uğursuzluğun onu ömrünün sonuna kimi izləməsinə imkan vermir.
Natalie Portman – rəqs dərslərindən sonra kafedə oturan balaca qızı bir agentin əməkdaşı fotosessiya üçün dəvət edir.
Jason Statham – Londonda küçələrdə bəzək əşyaları və ətir satan aktyoru təsadüfən reklam şirkəti görür və reklama çəkilməyə dəvət edir.