Mobil dünyaTəqdimat

Təhlükəsiz sörfinq: biznes VPN-ə niyə ehtiyac duyur?

VPN biznesin kibertəhlükəsizliyini artıra və həssas korporativ məlumatları və hesab məlumatlarını müdaxilələrdən qorumağa kömək edə bilər. VPN bağlantısı şəbəkə üzərindən ötürülmə zamanı məlumatı maskalayır və göndərilən və qəbul edilən mesajlara xaricdən girişin qarşısını alır, yəni onların kənar şəxslər tərəfindən görülmədiyinə əmin olmağa imkan verir.

Niyə VPN xüsusilə bugün vacibdir?

Getdikcə daha çox işçi hibrid və ya tam uzaqdan iş rejiminə keçir və daha çox ticarət mərkəzləri, restoranlar, otellər, hava limanları, kitab mağazaları kimi yerlərdə pulsuz ictimai Wi-Fi-dən istifadə edir.

Açıq giriş nöqtələrindən istifadə edərkən məlumat yad əllərə düşə bilər. Təcavüzkarlar istifadəçi ilə əlaqə nöqtəsi arasında bufer kimi çıxış edə və ötürülən məlumatları – e-poçtlar, bank kartı rekvizitləri, korporativ xidmətlərə daxil olmaq üçün loginlər və şifrələr  ələ keçirə bilən ayrıca bir şəbəkə yarada bilərlər. Bu tip hücuma adətən “ortadakı adam” deyilir. Oğurlanmış məlumatlar təcavüzkarlar tərəfindən korporativ sistemlərə daxil olmaq, məlumatları oğurlamaq və ya casusluq etmək üçün istifadə edilə bilər. Digər tərəfdən VPN, əlaqənizin yad gözlərdən gizlədilməsini təmin edir.

Bundan əlavə, təcavüzkarlar ticarət mərkəzlərinin şəbəkələri kimi qanuni bağlantı nöqtəsi şəklində maskalanan şəxsi Wi-Fi şəbəkələrini yarada və zərərli proqramların yayılması üçün etibarlı olmayan bağlantıdan istifadə edə bilərlər. Belə bir şəbəkə vasitəsilə fayl paylaşımına icazə verilərsə, zərərli proqram cihaza daxil ola bilər. Bağlantı nöqtəsinin özünün sındırıldığı və qoşulma prosesi zamanı populyar proqramı yeniləməyi təklif edən bir pop-up pəncərəsinin peyda olduğu hallar geniş yayılıb. Belə bir pəncərəyə klikləsəniz, əslində cihaza faydalı bir proqram deyil, qanuni bir məhsulun yenilnəməsi kimi maskalanan zərərli proqram quraşdırılacaqdır.

Digər problem ondan ibarətdir ki, uzaqdan işləyən işçilər çox vaxt əyləncə üçün – filmlərə baxmaq, oyun oynamaq üçün iş kompüterlərindən istifadə edirlər. Bu, təcavüzkarların şirkətin şəbəkəsinə ilkin giriş əldə etməsini asanlaşdırır. Onlar tez-tez belə tələlər qururlar: serial və ya filmin epizodu adı altında müxtəlif növ zərərli proqramları, o cümlədən troyanları, casus proqramları və arxa qapılar (autentifikasiyadan yayınma metodu) yayırlar. Belə zərərli proqramların köməyilə təcavüzkarlar şirkətin şəbəkəsinə nüfuz edə, məxfi məlumatları tapıb oğurlaya bilərlər.

Yadda saxlamaq lazımdır ki, VPN kiberhücumlardan yeganə müdafiə aləti ola bilməz, çünki bu cür xidmətlər yalnız bağlantını qoruyur. Zərərli proqramların bloklanması ayrı bir həll tələb edir. Yalnız inteqrasiya olunmuş yanaşma etibarlı qorunma təmin edə bilər.

Biznes üçün hansı VPN seçimləri var?

Öz VPN-inizi yaradın. Bu, şirkətin əməkdaşlarının daimi girişə ehtiyac duyduqları həssas məlumatlara malik bulud əsaslı istehsal serverinə sahib olduqda edilə bilər. VPN vasitəsilə belə bir serverə uzaqdan giriş onu xarici dünyadan tamamilə təcrid etməyə və eyni zamanda internetdə təhlükəsizliyi təmin etməyə kömək edəcəkdir. Ancaq bu, kifayət qədər bahalı bir yanaşmadır, onu quraşdırmaq və saxlamaq ayrıca bir mütəxəssis tələb edir.

VPN xidmətə abunə olun: Şirkətinizin ehtiyaclarına və büdcəsinə uyğun olan ən yaxşı variantı seçin. Təchizatçı haqqında məlumatları təhlil etdiyinizə əmin olun: rəyləri və peşəkar testlərin nəticələrini oxuyun, çünki qiymətli məlumatların təhlükəsizliyindən danışırıq. Məkanlarını gizlətməyə çalışan şəxsi istifadəçilərdən daha çox biznes müştərilərinə yönələn xidməti seçməyi tövsiyə edirik.

VPN-ə malik hərtərəfli təhlükəsizlik həllini quraşdırın. Bu, təhlükəsizlik həlli ilə VPN arasında mümkün münaqişələrin qarşısını alacaq. Məsələn, Kaspersky Small Office Security həllinə indi Kaspersky VPN Secure Connection üçün lisenziya da daxildir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!