AirnewsIqtisadiyyatSəyahətTurizmTəqdimat

“Türk Hava Yolları” Port Harkortu uçuş şəbəkəsinə daxil edir

“Türk Hava Yolları” uçuş xəritəsini genişləndirməkdə davam edir. Bu dəfə şirkətin qlobal şəbəkəsinə Nigeriyanın mühüm şəhəri olan Port Harkort daxil olur. Bu “Türk Hava Yolları”nın Afrikada 56-cı təyinat nöqtəsidir. Port Harkort və İstanbul arasında uçuşlar həftədə 4 dəfə keçiriləcək.

Nigeriyada artıq Laqos, Kano və Abuca şəhərlərinə uçuşlar edən THYsiyahısını Port Harkort ilə genişləndirərək, uçuş şəbəkəsinə 311-ci məntəqəsini əlavə etdi. “Türk Hava Yolları” Afrikada ən çox uçuşlar edən aviaşirkət olaraq qalmaqda davam edir.

Beynəlxalq Port Harkort hava limanında baş tutmuş mətbuat konfransında “Türk Hava Yolları”nın regionda satış  üzrə Vitse-prezidenti Kerem Sarpbildirib ki, yeni istiqamət aviaşirkətin Afrika qitəsində genişlənməsində xüsusi rol oynayacaq:” Port Harkort “Türk Hava Yolları”nın Nigeriyada 4-cü təyinat nöqtəsidir. Şirkətimiz mədəniyyətlər arasında körpü rolunda çıxış etməkdə davam edir. Biz müştərilərimizə rahat uçuşun üstünlüklərini təklif etməkdən məmnunluq duyuruq”.

 

UÇUŞ BAŞLANĞIC SON GÜNLƏR GEDİŞ GƏLİŞ
TK 621 25/06/2019 25/06/2019 Çərşənbə axşamı IST 06:35 11:30 PHC
TK 622 25/06/2019 25/06/2019 Çərşənbə axşamı PHC 14:30 23.10 IST
TK 627 27/06/2019 26/10/2019 Bazar ertəsi, Çərşənbə axşamı, Çərşənbə, Şənbə IST 19:45 23:40 PHC
TK 628 27/06/2019 26/10/2019 Çərşənbə axşamı, Çərşənbə, Cümə, Bazar PHC 00:35 9:15 IST

*Saatlar yerli vaxtla göstərilib

Uçuş qrafikləri ilə tanış olmaq üçün www.turkishairlines.comsaytına daxil ola bilərsiniz.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!