UEFA AVRO-2020 üçün cəlbedici bilet təklifi
Biletləri 12 iyun – 12 iyul 2019-cu il tarixləri arasında euro2020.com/tickets veb-səhifəsi vasitəsi ilə 30 avroya əldə etmək olar.
Oyunlara rekord sayda – üç milyon bilet satılacaq ki, bu da həmişə olduğundan daha çox azarkeşin matçları canlı izləmək imkanına sahib olacağı anlamına gəlir. Yeni “LIVE IT. FOR REAL” sloqanı azarkeşləri stadionda oyunları canlı şəkildə izləməyə həvəsləndirən və ruhlandıran bir şüardır. İki milyon yarıma yaxın bilet (UEFA AVRO-2016 üçün ümumi bilet sayından daha çox) iştirakçı komandaların azarkeşləri və ictimaiyyət üçün ayrılmışdır.
‘Fans First’ (Öncə azarkeşlər)
UEFA AVRO-2020 turnirinin tamaşaçı biletlərinin 82%-i iştirakçı komandaların tərəfdarları və ictimaiyyət üçün nəzərdə tutulub;
Biletlər seçim üzrə iki növə bölünəcək:
UEFA tərəfindən hər matç üçün əlilliyi olan azarkeşlərə stadionda harada yerləşməsindən asılı olmayaraq, ən aşağı qiymət kateqoriyası ilə satılacaq müəyyən sayda bilet ayrılacaq. Bundan əlavə, əlilliyi olan azarkeşlər, həmçinin onları müşayiət edən şəxs üçün də pulsuz yerdən ötrü müraciət edə bilərlər.
euro2020.com/tickets vasitəsi ilə bilet müraciəti üçün müddət
2019-cu il 12 iyun tarixindən 12 iyuladək davam edəcək bilet satışının ilk mərhələsi zamanı ictimaiyyətə 1.5 milyon bilet satılacaq ki, bu da 2016-cı ilin Avropa Çempionatı ilə müqayisədə 50% çoxdur.
2019-cu il dekabrın əvvəllərində start götürəcək bilet satışının ikinci mərhələsi zamanı, iştirakçı komandaların azarkeşlərinə 1 milyon bilet satılacaq, bu isə 2016-cı il ilə müqayisədə 20% çoxdur. Bu satışlar 2019-cu il noyabrın 30-da keçiriləcək final mərhələsinin püşkatma mərasimindən sonra başlayacaq.
Satışların digər mərhələsi 2020-ci ilin aprel ayında keçiriləcək, çünki UEFA AVRO-2020-də iştirak edəcək son dörd komanda 26-31 mart 2020-ci ildə keçiriləcək Avropa təsnifat mərhələsinin pley-off oyunlarından sonra müəyyənləşəcək.
Bütün biletlər yalnız internet vasitəsi ilə və yalnız euro2020.com/tickets veb-səhifəsində satılacaq.
Bütün matç və kateqoriyalarda tələbin təklifi üstələdiyi halda biletlər ədalətli və şəffaf lotereya vasitəsi ilə ayrılacaq. Müraciətin 2019-cu il 12 iyun – 12 iyul tarixləri arasında nə zaman edildiyindən asılı olmayaraq, bütün ərizəçilər uğurlu olmaq üçün bərabər şanslara malikdir.
Biletlərin kateqoriya və qiymətləri
AVRO 2020 üçün biletlər üç qiymət kateqoriyası ilə təklif olunacaq. Ev sahibi şəhərlər yerli sakinlərin alıcılıq qabiliyyətindən və orta gəlir səviyyəsindən asılı olaraq iki qiymət qrupuna bölünmüşdür.
A qrupuna Amsterdam, Bilbao, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburq şəhərləri, B qrupuna isə Bakı, Buxarest və Budapeşt şəhərləri daxildir.
Qiymət qrupları sistemi bütün turnir ərzində tətbiq olunur. Nəticə etibarilə, Bakıda keçiriləcək 1/4 final oyunu üçün biletlər Münhen, Roma və Sankt-Peterburqda keçiriləcək 1/4 final matçlarının biletlərinə nisbətən daha ucuzdur.