Unibank ipoteka faiz dərəcəsini endirib

Unibank ipoteka kreditləri üzrə faiz dərəcəsini aşağı salıb. Mənzil arzusunu reallaşdırmaq istəyənlər üçün indi əsl fürsətdir. Aprelin 30-dək davam edən kampaniya çərçivəsində  “Unibank”dan ipoteka kreditlərini 1% daha aşağı faizlə – illik 7% -lə götürə bilərsiniz. Bu kampaniya həm müştərilərin aylıq ödənişlərinin, həm də faiz ödənişlərinin azalmasına imkan yaradacaq. Kampaniyanın şərtləri haqda daha ətraflı məlumatı bu linkdən (http://unbk.az/ipoteka) öyrənə bilərsiniz.

Kampaniyadan indi istifadə edin ki, ipoteka kreditləri üzrə ayrılmış limitdən faydalananlardan olasınız!

Qeyd edək ki, Unibank 2006-cı ildən Azərbaycan İpoteka Fondunun müvəkkil bankları sırasındadır. Ötən il ipoteka kreditlərinin verilməsi sahəsində bank bu illər ərzində ən yüksək göstərici əldə edib. 2021-ci ildə ümumilikdə 150 nəfərə 10 milyon manatdan çox ipoteka krediti verilib.

İpoteka kreditləri “Unibank”ın “Yasamal”, “Sumqayıt” və “Kəpəz” filiallarında ayrılır.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud Facebook, Twitter və Instagram səhifələrindən (www.facebook.com/unibank.az,  https://twitter.com/unibankhttps://www.instagram.com/unibank.az/) əldə etmək olar.

Unibank-Sənin Bankın!

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!