Mobil dünyaTəqdimat

Uşaqların onlayn şəbəkədə qarşılaşdığı 7 ən geniş yayılmış xoşagəlməz hadisələrə dair “Kaspersky”nin tövsiyələri

İnternetin uşaqların həyatının ayrılmaz hissəsinə çevrildiyi informasiya texnologiyaları dövründə onlayn məkanda təhlükəsizlik məsələsi getdikcə aktuallaşır. Valideynlər və təhsil müəssisələri uşaqlarını potensial təhlükəli qarşılıqlı əlaqələrdən qoruyaraq onların İnternetdə təhlükəsiz onlayn təcrübəsini necə təmin edə bilərlər? Uşaqların internetdən istifadəsi zamanı təhlükəsizliyini və onların rəqəmsal dünyada məsuliyyətli davranışını gücləndirəcək strategiyalara nəzər salaq.

Uşağı əsas onlayn risklərdən qorumaq üçün ona nələri demək lazımdır?

1. Fişinq hücumlarına qarşı ehtiyatlı ol.
2. Oyunları qeyri-rəsmi saytlardan yükləmə.
3. Aldadıcı reklam və sorğuları görməzdən gəl.
4. E-poçt link və əlavələri yoxla və onlara ehtiyatla yanaş.
5. İnternetdə hər hansı bir şey şübhəli görünürsə, kömək üçün müraciət et.
6. Unikal şifrələrdən istifadə et. Onları “Kaspersky Password Manager”in köməyilə yarada və saxlaya bilərsən.

Uşağa təhlükəli onlayn ünsiyyətdən qaçmağa necə kömək etmək olar?

1. Yad adamlardan dostluq müraciətlərini qəbul etməməyi söyləyin.
2. İzah edin ki, əgər kimsə qəfildən şəxsi suallar verməyə başlayırsa, ehtiyatlı olmaq mütləqdir.
3. Uşağınızla onun onlayn fəaliyyətlərini açıq şəkildə müzakirə edəcəyinizə dair razılığa gəlin.

Uşağı onlayn oyunlarla bağlı təhlükələrdən qorumaq üçün ona nələri tövsiyə etmək olar?

1. Şəxsən tanıdığın insanlarla oyna.
2. Təhlükələrdən qorunmaq üçün antivirusun oyun rejimini aktivləşdir.
3. Oyunları yalnız etibarlı mağazalardan yüklə.
4. Çatlardaki linklrə keçid etmə.
5. Şifrələrini heç kimə demə, hətta dostlarına belə.

Uşağım kiber zorakılığın qurbanı olub. Nə edim?

1. Uşağın sözünü kəsmədən onu dinləyin.
2. Ona sizinlə təhlükəsizlikdə olduğunu və onun tərəfində olduğunuzu bildirin.
3. Aqressiv mesajların ekran görüntülərini (skrinşot) çəkin.
4. Qisas almağın lazım olmadığını izah edin.
5. Məxfilik parametrlərini və şifrələri dəyişdirin, təcavüzkarı bloklayın və ya onu şikayət edin.
6. Hadisə barədə məktəbə məlumat verin.
7. Vəziyyət uşağın davranışında dəyişikliklərə səbəb olarsa, peşəkar kömək üçün müraciət edin.

Uşağım internetdə başqalarını ələ salır. Nə etməli?

1. Sakitliyinizi qoruyun. Sübut toplayın və vəziyyəti təhlil edin.
2. Uşağın məsələyə yanaşmasını öyrənin.
3. Uşağınıza hərəkətlərinin nəticələrini qiymətləndirməyə kömək edin.
4. Uşağınızı qurbandan üzr istəməyə həvəsləndirin.
5.Valideyn nəzarəti proqramlarından istifadə edin, lakin uşağınızın şəxsi məkanına müdaxilə etməməyə çalışın.
6. Məsuliyyətli onlayn davranışı təşviq edin.
7. Zəruri hallarda peşəkar yardım üçün müraciət edin.

Uşağın onlyan təhlükəsizliyindən əmin olmaq üçün ona hansı sualları verməlisiniz?

1. Bu gün İnternetdə maraqlı nələr tapdın?
2. Başa düşmədiyin bir şey oldumu?
3. Şəxsən tanımadığın insanlarla yazışır və ya oyun oynayırsanmı?
4. Özün haqqında nə danışırsan?
5. İnternetdə səni narahat edən hər hansı bir şeyə rast gəlmisənmi?
6. Bəyəndiyin yeni saytlar və ya proqramlar varmı?
7. İstənməyən mesajlarla nə edəcəyini bilirsənmi?
8. İnternetdə başqalarına qarşı kobud davranan insanlarla rastlaşmısan? Bu cür davranışa reaksiyanız necə olub?

Uşaqların şəxsi məkanına müdaxilə etmədən onlayn davranışlarına necə nəzarət etmək olar?

Övladınızla onun onlayn fəaliyyətlərini müzakirə edin.
İnterneti birlikdə araşdırın.
Uşaqların təhlükəsizliyini təmin edən valideyn nəzarəti tətbiqlərindən istifadə edin.
Bu tətbiqlərin nə üçün lazım olduğunu izah edin.
Nəzarətçi deyil, öyrədən olun.
Rəqəmsal tendensiyaları izləyin və onları uşağınızla müzakirə edin.

Uşağınızı yeni texnologiyalarla hər ikiniz üçün rahat olacaq şəkildə tanış edin. Onu rəqəmsal səyahətinə hazırlamağa kömək edəcək PDF formatında olan bələdçimizi yükləyin.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!