EventsFestivallarMədəniyyətTəqdimat

XIX Bakı Caz Festivalının açılışı olub

Festival məşhur braziliyalı musiqiçi Munir Hossn və Nurlan Hüseynzadə qrupunun konsertləri ilə açılıb. Mounir Hossn tanınmış braziliyalı multiinstrumentalist və mükafatlı bəstəkardır. O, dəfələrlə Grammy mükafatına namizəd olub.

Açılış meydançası tamamilə çoxsaylı caz həvəskarları ilə dolu idi. Gecəni festivalın aparıcısı Tofiq Həsənsoy açdı və festivalın bədii rəhbəri Rain Sultanov səhnədən tamaşaçıların caz əhval-ruhiyyəsini qeyd etdi və festival təşkilatçıları üçün bu enerjini, hər kəsə gözəl musiqi yaxşılıq dalğasını çatdırmağın vacibliyini bildirib. Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Monteneqro da salamlama nitqi söyləyib. O, festivalın Braziliya musiqisinin konserti ilə açılmasının təsadüfi olmadığını bildirib. Bu, Bakı Caz Festivalının ruhuna çox uyğun gələn çox temperamentli musiqidir.

Munir Hossn tamaşaçıları emosional şəkildə salamlayaraq Azərbaycanda olmaqdan və Bakı Caz Festivalında iştirak etməkdən şad olduğunu bildirib. Musiqiçi dəvətə və səmimi qəbula görə təşkilatçılara təşəkkür edib.

Munir Hossn ilə birlikdə ELAS qadın qrupu çıxış etdi: Mayte Qonzalez (piano), Mariana Pilatos (fleyta), Yissi Qarsia (zərb alətləri), Mişel Velkons (zərb alətləri). Konsertdən sonra braziliyalı musiqiçi azərbaycanlı həmkarları ilə cem-sessiya təşkil edib.

Oktyabrın 17-dən 27-dək Bakıda XIX Bakı Caz Festivalı keçirilir. 11 ölkədən olan ifaçılar şəhərin müxtəlif məkanlarında çıxış edəcəklər. Festival çərçivəsində həmçinin sərgilər, kitab təqdimatı və dünya caz ulduzları ilə görüşlər keçiriləcək.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!